14 Aprel 2012 04:04
547
Fərmanlar
A- A+

Azərbaycan Respublikası gömrük orqanlarının emblemi haqqında əsasnamə

Əlavə III

 

Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 13 aprel tarixli fərmanı ilə təsdiq edilmişdir

 

1. Azərbaycan Respublikası gömrük orqanlarının emblemi gömrük orqanlarının rəmzidir. Bu emblem Azərbaycan Respublikası gömrük orqanlarının hər bir işçisinə Azərbaycan Respublikasının iqtisadi suverenliyini və təhlükəsizliyini müdafiə etmək, öz xidməti vəzifələrini vicdanla və layiqincə yerinə yetirmək və gömrük xidməti intizamının tələblərinə əməl etmək borcunu xatırladır.

2. Azərbaycan Respublikası gömrük orqanlarının emblemi gömrük orqanları işçilərinin, həmçinin silah, xüsusi vasitə, texnika və digər əmlakın Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə mənsubiyyətini bildirən nişandır.

3. Azərbaycan Respublikası gömrük orqanlarının emblemi Dövlət Gömrük Komitəsinin blanklarında, gömrük orqanlarının inzibati binalarının adı göstərilən lövhələrində, gömrük orqanlarına məxsus avtonəqliyyat vasitələrində, dəniz, çay və hava gəmilərində, xüsusi geyim formasında və fərqlənmə nişanlarında yerləşdirilir.

4. Azərbaycan Respublikası gömrük orqanlarının emblemi Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi sədrinin iş otağında, komitənin kollegiya zalında və Azərbaycan Respublikası gömrük orqanlarının bayrağında da yerləşdirilir.

5. Azərbaycan Respublikası gömrük orqan

larının embleminin təsvirindən istifadəyə aşağıdakı hallarda yol verilir:

5.1. Azərbaycan Respublikası gömrük orqanlarının çap məhsullarında, kino, video və foto materiallarında;

5.2. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sifarişi ilə hazırlanan reklam-informasiya və suvenir məhsullarında (prospektlərdə, bukletlərdə, təqvimlərdə, nişanlarda, vımpellərdə, kiçik bayraqlarda, saatlarda, qablarda, medalyonlarda, dəftərxana ləvazimatında və digər məhsullarda).

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video