14 Aprel 2012 04:04
497
Fərmanlar
A- A+

Azərbaycan Respublikası gömrük orqanlarının bayrağı haqqında əsasnamə

Əlavə I

 

Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 13 aprel tarixli fərmanı ilə təsdiq edilmişdir

 

1. Azərbaycan Respublikası gömrük orqanlarının bayrağı gömrük orqanlarının şərəf və şöhrət rəmzidir. Bu bayraq Azərbaycan Respublikası gömrük orqanlarının hər bir işçisinə Azərbaycan Respublikasının iqtisadi suverenliyini və təhlükəsizliyini müdafiə etmək, öz xidməti vəzifələrini vicdanla və layiqincə yerinə yetirmək və gömrük xidməti intizamının tələblərinə əməl etmək borcunu xatırladır.

2. Gömrük orqanlarına məxsus dəniz və çay gəmiləri Azərbaycan Respublikası gömrük orqanlarının bayrağını daşıyır.

3. Dəniz və çay gəmilərində istifadə olunan Azərbaycan Respublikası gömrük orqanlarının bayrağı hərəkət zamanı qafeldə, dayanacaqda olduqda isə arxa flaqştokda qaldırılır.

4. Azərbaycan Respublikası gömrük orqanlarının bayrağının təsviri gömrük orqanlarına məxsus hava gəmilərinin üzərinə vurulur.

5. Azərbaycan Respublikası gömrük orqanlarının bayrağı Azərbaycan Respublikasının dövlət bayrağı ilə birlikdə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin iş otağında və komitə tərəfindən keçirilən rəsmi tədbirlər zamanı kollegiya zalında "Azərbaycan Respublikası dövlət bayrağının istifadəsi qaydaları haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinə müvafiq olaraq yerləşdirilir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video