13:56 25 Iyul 2021
ONLINE XƏBƏR LENTİ
00:51 25.07.2021

Səmanın fatehi


00:38 25.07.2021

Cüdoda uğursuz start


00:38 25.07.2021

İlk medalçılar


00:36 25.07.2021

Boksçumuz 1/8 finalda


00:35 25.07.2021

Ən çox qəhvə içənlər


00:33 25.07.2021

Ən dadlı qəhvə


Suqovuşanın təbiət mənzərələri FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Prezidentinin növbəti diplomatik uğuru

ANA SƏHİFƏ / SİYASƏT
00:54 20.06.2021

 

Ermənistan Ağdam rayonu üzrə tank və piyada  əleyhinə 97 min minanı özündə əks etdirən xəritələri Azərbaycana təqdim etdi

 

İkinci Qarabağ müharibəsində tarixi Qələbəyə imza atan Azərbaycan Ordusu torpaqlarımızı işğaldan azad etmək üçün başlatdığı əks-hücum əməliyyatlarını çox çətin şəraitlərdə həyata keçirməli olmuşdu.

Çünki Ermənistan 30 ilə yaxın müddətdə cəbhə xəttində neçə mərhələdən ibarət gücləndirilmiş müdafiə istehkamları yaratmışdı. Lakin onların heç biri Azərbaycan Ordusunun hücumlarını əngəlləyə bilmədi və döyüşən bölmələrimiz ilk saatlardan düşmənin ön cəbhə xəttindəki bütün səngərlərini ələ keçirmişdilər.

 

İşğaldan azad olunmuş ərazilərdə mina partlaması nəticəsində 27 nəfər həlak olub

 

Düşmənin müdafiə səddinin əsas təhlükəli hissələrindən biri də piyada və tank  əleyhinə mina sahələri idi.  Ermənistan tərəfi işğal dövründə cəbhə xəttində xeyli ərazini minalamışdı. Amma bununla kifayətlənməmişdi. Günlərin birində Azərbaycanın öz ərazilərini azad edəcəyini dərk edən işğalçılar 30 illik işğal müddətində bütün Qarabağda, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərində məqsədli şəkildə minalar yerləşdirmişdilər. 

Azərbaycan Silahlı Qüvvələrinin əks-hücum əməliyyatlarından sonra məcburi geriyəçəkilmə mərhələsində də Ermənistan Azərbaycan tərəfinə mümkün qədər daha çox ziyan vurmaq və evlərinə qayıdacaq mülki əhaliyə əlavə maneələr yaratmaq üçün məqsədli şəkildə həmin ərazilərdə kütləvi şəkildə minalar yerləşdirib. Bunun nəticəsidir ki, 10 noyabr 2020-ci il tarixdə Azərbaycan və Ermənistan arasındakı bütün hərbi əməliyyatlara son qoyulduğunu elan edən üçtərəfli bəyanat imzalandığı vaxtdan bəri işğaldan azad olunmuş ərazilərimizdə mina partlaması nəticəsində 27 nəfər həlak olub, 100-dən artıq vətəndaşımız müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Son olaraq bu il iyun ayının 4-də xidməti vəzifələrinin icrası ilə əlaqədar Kəlbəcər rayonuna ezam olunmuş media nümayəndələrinin olduğu sərnişin avtomobilinin rayonun Susuzluq kəndi istiqamətində hərəkətdə olarkən tank əleyhinə minaya düşməsi Ermənistanın terror dövləti olduğunu bütün dünyaya nümayiş etdirdi. Ermənistanın bu davranışı bir daha onun bölgədə sülh, təhlükəsizlik və əməkdaşlıq üçün ciddi bir maneə olaraq qalmaqda davam etdiyini göstərdi.

Günahsız insanların ölümünə görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşüb.   Ərazilərin kütləvi minalanması Azərbaycan hökumətinin başlatdığı bərpa və yenidənqurma planlarının həyata keçirilməsinə ciddi şəkildə mane olur. Ən əsası isə bu, yüz minlərlə məcburi köçkünün öz evlərinə təhlükəsiz və layiqli şəkildə qayıtmaq kimi hüququnun həyata keçirilməsinə mənfi təsir göstərir.

 

Ermənistan xəritələri verməyə məcbur edilib

 

Azərbaycan tərəfinin mina xəritələrinin təqdim edilməsi ilə bağlı çoxsaylı çağırışlarına baxmayaraq, Ermənistan son günlərədək bundan imtina edib. Lakin aparılan məqsədyönlü fəaliyyət öz bəhrəsini verib və əldə edilmiş razılığa əsasən, 2021-ci il iyunun 12-də Ermənistan Ağdam rayonu üzrə tank və piyada əleyhinə 97 min minanı özündə əks etdirən xəritələri Azərbaycana təqdim edib.

Mina xəritələrinin Azərbaycana verilməsi, ilk növbədə, onu göstərdi ki, Prezident İlham Əliyevin Ermənistanı buna məcbur etmək üçün yürütdüyü prinsipial və məqsədyönlü siyasət öz uğurlu nəticəsini verməkdədir.

Bu baxımdan Ermənistanın mina xəritələrini Azərbaycan tərəfinə təqdim etməsi, ilk növbədə, Prezident İlham Əliyevin qətiyyətli iradəsinin nəticəsi, ölkəmizin diplomatik uğurudur. Eyni zamanda minalanmış ərazilərin xəritəsinin alınması 30 il işğal altında saxlanılan Qarabağın azad olunması ilə nəticələnmiş Zəfərdən sonra Azərbaycan Prezidentinin növbəti qələbəsidir.

Ermənistanın Ağdam üzrə mina xəritəsini təqdim etməsi həm də ondan xəbər verdi ki, Azərbaycanın bununla bağlı dünyaya çağırışları və mina xəritələrinin mövcudluğu ilə bağlı iddiaları əbəs deyilmiş. Əgər Ağdam üzrə xəritə varsa, deməli, digər istiqamətlərdə də minalanmış ərazilərin xəritələri mövcuddur. Qeyd edək ki, indiyə qədər Ermənistan minalanmış ərazilərin qeydiyyatının aparılmadığını iddia edirdi. Amma bununla Ermənistanın mina xəritələrinin olmaması ilə bağlı iddialarına birdəfəlik son qoyuldu.

Mina xəritələrinin əldə edilməsi on minlərlə vətəndaşımızın, o cümlədən minatəmizləyənlərin həyatını və sağlamlığını təhlükədən xilas edəcək. Bu hadisə Prezident İlham Əliyev tərəfindən Ağdamda əsası qoyulan yenidənqurma layihələrini və məcburi köçkünlərin qayıdışı prosesini daha da sürətləndirəcək.

 

Rəşad CƏFƏRLİ,

“Azərbaycan”



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM