22 Dekabr 2011 02:12
674
Səfərlər
A- A+

Azərbaycan Prezidenti İlham Əliyevin və Qırğızıstan Prezidenti Almazbek Atambayevin görüşü

 

Rusiya Federasiyasında işgüzar səfərdə olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 20-də Moskvada Qırğız Respublikasının Prezidenti  Almazbek Atambayev ilə görüşmüşdür.

Görüşdə dövlət başçısı Almazbek Atambayevi Qırğız Respublikasının Prezidenti vəzifəsinə seçilməsi münasibətilə təbrik etdi, ona uğurlar arzuladı.

Dövlətlərimiz arasında münasibətlərin yaxşı perspektivlərə malik olduğunu deyən Prezident İlham Əliyev əminliyini bildirdi ki, ölkələrimiz bir-birini daim dəstəkləyəcəkdir.

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin gördüyü işləri xatırladan Almazbek Atambayev Prezident İlham Əliyevin ulu öndərin layiqli davamçısı olduğunu dedi, Azərbaycanda, paytaxt Bakıda son 20 ildə böyük dəyişikliklərin baş verdiyini vurğuladı.

İqtisadi əməkdaşlığın və humanitar əlaqələrin genişləndirilməsi üçün böyük işlərin həyata keçirilməsi imkanlarından danışan Prezident İlham Əliyev ölkələrimiz arasında münasibətlərin yüksələn xətlə inkişaf etdiyini dedi.

Dövlət başçısı Qırğızıstan Respublikasının Prezidentini Azərbaycana rəsmi səfərə dəvət etdi. Dəvət məmnunluqla qəbul olundu.

 

AzərTAc

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video