30 Dekabr 2011 03:12
410
Səfərlər
A- A+

Azərbaycan Prezidenti İlham Əliyev Vergilər Nazirliyi Departamentinin inzibati binasının qarşısında salınan yeni parkda görülən işlərlə maraqlanmışdır

 

Azərbaycan Prezidenti İlham Əliyev dekabrın 29-da Vergilər Nazirliyinin Xüsusi Rejimli Vergi Xidməti Departamentinin inzibati binasının qarşısında salınan yeni parkla tanış olmuşdur.

Dövlət başçısının tapşırığı ilə Bakı şəhərində parkların və xiyabanların əsaslı şəkildə yenidən qurulması və yeni parkların salınması, sakinlərin və şəhərimizə gələn qonaqların rahatlığı üçün dünya standartlarına uyğun istirahət guşələrinin yaradılması istiqamətində son illər ardıcıl tədbirlər görülür.

Salınan yeni parklar və yaşıllıq zolaqları, əhaliyə xidmət göstərən iaşə obyektləri, bağlarda və xiyabanlarda ən müasir tələblərə cavab verən infrastrukturun yaradılması Bakının dünyanın ən gözəl şəhərlərindən birinə çevrilməsi istiqamətində həyata keçirilən əhəmiyyətli tədbirlərdəndir.

Vergilər naziri Fazil Məmmədov yeni parkda görülən işlərlə bağlı Prezident İlham Əliyevə məlumat verdi. Bildirildi ki, bu park nəqliyyatın yüksək sürətlə hərəkət etdiyi, çoxzolaqlı prospektin kənarında salındığı üçün onun yaradılması zamanı səs izolyasiyasına əsaslanan yaşıllıq və su sistemlərinin sintezindən istifadə olunmuşdur ki, bu da ekoloji tarazlığın qorunmasına və parkda insanların rahat istirahətinə xidmət edəcəkdir. Parkda xeyli sayda  müxtəlif növ dekorativ ağac və kol, o cümlədən rəngbərəng güllər əkilmişdir. Burada həmişəyaşıl bitki növlərinə daha çox üstünlük verilmişdir. Güllərdən buta şəkilli kompozisiya yaradılmışdır. Parkda xüsusi drenaj sistemi qurulmuş, torpaq örtüyü orqanik materiallarla zənginləşdirilmişdir. Ən müasir memarlıq üslubunda inşa edilən və 1 hektara yaxın ərazini əhatə edən parkda "Suyun nağılı" fəvvarələr sistemi qurulmuşdur. Buradakı 75 metrlik 2 su güzgüsü gözəlliyi ilə diqqəti cəlb edir. Suyun fasiləsiz dövriyyəsini təmin etmək məqsədi ilə ərazidə 2 su anbarı və təmizləyici sistemlər yaradılmışdır. Parkda suvarma işləri avtomatik damcı sistemi ilə həyata keçirilir. Döşəmələrdə İtaliyadan gətirilən luzanna tipli daşlardan, qara Afrika mərmərindən istifadə olunmuşdur. İşıqlandırma və su sistemlərinin işinin fasiləsizliyi məqsədi ilə 630 kilovoltluq yeni yarımstansiya qurulmuşdur. Xüsusi layihə əsasında qurulan işıqlandırma sistemi gecə saatlarında həm parka, həm də inzibati binanın fasadına xüsusi gözəllik verir. 

Vergilər Nazirliyinin Xüsusi Rejimli Vergi Xidməti Departamentinin inzibati binasının fasadının da əsaslı şəkildə yenidən qurulduğu bildirildi. Fasadın yenidən qurulmasında milli ornamentlərdən istifadə edilmişdir. İnşaat işlərində Türkiyə istehsalı olan limra daşından istifadə edilmişdir.

Dövlət başçısı istifadə olunan inşaat materiallarının keyfiyyəti ilə maraqlandı.

Görülən işlərlə yaxından tanış olan Prezident İlham Əliyev müvafiq tapşırıqlarını verdi. 

 

AzərTAc

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video