19 Aprel 2012 04:04
395
Qəbullar
A- A+

Azərbaycan Prezidenti İlham Əliyev Ukrayna Ali Radasının sədri Vladimir Litvinin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 18-də Ukrayna Ali Radasının sədri Vladimir Litvinin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.

Dövlət başçısı Azərbaycan ilə Ukrayna arasında ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyini və əməkdaşlığımızın yaxşı nəticələr verdiyini vurğuladı. İqtisadi sahədə əməkdaşlığımızın genişləndirilməsi üçün yaxşı perspektivlərin olduğunu qeyd edən Prezident İlham Əliyev parlamentlərarası əlaqələrin razılıq doğurduğunu dedi. Ölkələrimizin parlament nümayəndə heyətlərinin beynəlxalq strukturlarda, o cümlədən Avropa Şurasındakı fəaliyyətinin əhəmiyyətini qeyd edən  dövlət başçısı bu yaxınlarda Avronest Parlament Assambleyasının sessiyasının Bakıda keçirilməsinin önəmini vurğuladı. Prezident İlham Əliyev ölkələrimizin parlamentlərinin "Şərq tərəfdaşlığı" Proqramı çərçivəsində də uğurlu əməkdaşlıq etdiyini və bu əməkdaşlığın Azərbaycan-Ukrayna çoxtərəfli əlaqələrinin genişləndirilməsi işinə töhfə verdiyini dedi. Dövlət başçısı Ukrayna Ali Radasının sədri Vladimir Litvinin ölkəmizə səfərinin uğurlu olacağına və ikitərəfli münasibətlərimizin daha da genişləndirilməsi işinə xidmət edəcəyinə əminliyini bildirdi.

Ukrayna Ali Radasının sədri Vladimir Litvin Azərbaycana səfərindən və Prezident İlham Əliyev ilə görüşündən böyük şərəf hissi keçirdiyini dedi. Vladimir Litvin Ukraynanın ölkələrimiz və xalqlarımız arasında əməkdaşlığın daha da dərinləşməsində maraqlı olduğunu vurğuladı. Ukrayna Ali Radasının sədri Ukrayna ilə Azərbaycan arasında ikitərəfli münasibətlərin müxtəlif istiqamətlərdə genişləndirilməsi, o cümlədən parlamentlərarası əməkdaşlığın daha da möhkəmləndirilməsi üçün yaxşı imkanların olduğunu qeyd etdi.

 

AzərTAc

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video