15 Avqust 2012 01:08
465
Qəbullar
A- A+

Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin iqtisadiyyat naziri Zəfər Çağlayanın başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 14-də Türkiyə Respublikasının iqtisadiyyat naziri Zəfər Çağlayanın başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.

Azərbaycan ilə Türkiyə arasında ikitərəfli münasibətlərin bütün sahələrdə, o cümlədən iqtisadi sahədə uğurla inkişaf etdiyini vurğulayan dövlətimizin başçısı enerji, nəqliyyat və digər sahələrdə həyata keçirilən birgə layihələrin önəmini qeyd etdi. Prezident İlham Əliyev Türkiyənin iqtisadiyyat naziri Zəfər Çağlayanın ölkəmizə səfərinin bu sahədə görülən işlərin təhlili və yeni layihələrin tərtibi baxımından əhəmiyyətli olacağına əminliyini bildirdi.

Türkiyə Respublikasının iqtisadiyyat naziri Zəfər Çağlayan  Prezident Abdullah Gülün və Baş nazir Rəcəb Tayyib Ərdoğanın salamlarını dövlətimizin başçısına çatdırdı. O, ikitərəfli əlaqələrimizin daha da genişləndirilməsində dövlət və hökumət başçılarının verdiyi tövsiyələrin önəmini vurğuladı.

Dövlətimizin başçısı Prezident Abdullah Gülün və Baş nazir Rəcəb Tayyib Ərdoğanın salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Türkiyənin dövlət başçısına və Baş nazirinə çatdırmağı xahiş etdi.                

 

AzərTAc

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video