02 Noyabr 2011 01:11
653
Qəbullar
A- A+

Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin ədliyyə nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 1-də Türkiyə Respublikasının ədliyyə naziri Sadullah Erginin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.

Ədliyyə naziri Sadullah Ergin Türkiyə Respublikasının Prezidenti Abdullah Gülün və Baş nazir Rəcəb Tayyib Ərdoğanın salamlarını dövlətimizin başçısına çatdırdı. O, nazir kimi ilk rəsmi səfərini Azərbaycana etməsindən məmnunluğunu bildirdi. Ölkələrimizin ədliyyə orqanları arasında əməkdaşlığın yüksək səviyyədə olduğunu vurğulayan Sadullah Ergin bu əlaqələrin gələcəkdə daha da genişlənəcəyinə ümidvar olduğunu bildirdi.

Dövlətimizin başçısı Azərbaycan ilə Türkiyə arasında əlaqələrin bütün istiqamətlərdə, o cümlədən ədliyyə sahəsində uğurla inkişaf etdiyini vurğuladı. Sadullah Erginin ədliyyə naziri vəzifəsinə təyin olunduqdan sonra ilk rəsmi səfərini qardaş ölkəyə etməsinə toxunan  Prezident İlham Əliyev bunun ölkələrimiz arasında artıq gözəl bir ənənəyə çevrildiyini dedi. Bu yaxınlarda Türkiyənin İzmir şəhərində keçirilən Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının iclasını xatırlayan dövlətimizin başçısı əlaqələrimizin daha da genişləndirilməsi baxımından toplantının böyük önəm daşıdığını qeyd etdi.

Prezident İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Abdullah Gülün və Baş nazir Rəcəb Tayyib Ərdoğanın salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını qardaş ölkənin Prezidentinə və Baş nazirinə çatdırmağı xahiş etdi.

 

AzərTAc

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video