01 Dekabr 2011 04:12
538
Qəbullar
A- A+

Azərbaycan Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Həştərxan şəhərinin meri Sergey Bojenovun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etmişdir

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 30-da Rusiya Federasiyasının Həştərxan şəhərinin meri Sergey Bojenovun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etmişdir.

Həştərxan şəhərinin meri Sergey Bojenov böyük nümayəndə heyəti ilə Azərbaycana növbəti dəfə səfər etməsindən məmnunluğunu bildirdi. O, Həştərxan şəhər dumasının qərarı ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "Həştərxan şəhərinin fəxri vətəndaşı" diplomuna layiq görüldüyünü dedi və "Həştərxan şəhərinin fəxri vətəndaşı" diplomunu və medalını dövlət başçısına təqdim etdi. Sergey Bojenov "Həştərxan şəhərinin fəxri vətəndaşı" diplomuna bu yaxınlarda Rusiya Federasiyasının Baş naziri Vladimir Putinin də layiq görüldüyünü vurğulayaraq Azərbaycan Prezidentinin və Rusiyanın Baş nazirinin rəhbərlik etdiyi şəhərin fəxri vətəndaşı olmasından qürur hissi keçirdiyini dedi.

Dövlət başçısı "Həştərxan şəhərinin fəxri vətəndaşı" diplomu ilə təltif edilməsi ilə bağlı qəbul olunan qərara görə Həştərxan Şəhər Dumasına və şəhər rəhbərliyinə təşəkkürünü bildirdi. Azərbaycan ilə Rusiya Federasiyası arasında münasibətlərin, o cümlədən  ölkələrimizin şəhərləri arasında əlaqələrin uğurlu inkişafından məmnunluğunu bildirən Prezident İlham Əliyev bu baxımdan Bakı ilə Həştərxan arasında münasibətlərin yüksək səviyyədə olduğunu vurğuladı. Dövlət başçısı Həştərxana səfərini və xalqımızın ümummilli lideri Heydər Əliyevə Həştərxan şəhər sakinlərinin ehtiramının əlaməti olaraq ucaldılan abidənin açılışında iştirakını xatırladı. Həştərxan şəhər təsərrüfatının və infrastrukturun yenidən qurulmasında, təhsil  sahəsinin inkişaf etdirilməsində Azərbaycandan olan iş adamlarının iştirakını qeyd edən Prezident İlham Əliyev bütün bu tədbirlərin ölkələrimiz və şəhərlərimiz arasında əlaqələrin daha da yaxşılaşması işinə xidmət etdiyini vurğuladı.

 

AzərTAc

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video