11 Dekabr 2011 02:12
434
Səfərlər
A- A+

Azərbaycan Prezidenti İlham Əliyev Nəsimi rayonundakı 96 nömrəli uşaq bağçasının əsaslı təmir və yenidənqurma işlərindən sonrakı vəziyyəti ilə tanış olmuşdur

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 10-da Nəsimi rayonundakı 96 nömrəli uşaq bağçasının əsaslı təmir və yenidənqurma işlərindən sonrakı vəziyyəti ilə tanış olmuşdur.

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov görülən işlərlə bağlı Prezident İlham Əliyevə məlumat verdi. Bildirildi ki, bağçanın binası 1963-cü ildə inşa olunub. Bu, Bakı şəhərində ən böyük uşaq bağçalarından biridir. Dövlət başçısı bağçanın binasında görülən işlərlə, ayrı-ayrı otaqlarda yaradılmış şəraitlə yaxından tanış oldu. Qeyd edildi ki, 240 yerlik bağçada 12 qrup fəaliyyət göstərir. İkimərtəbəli üç korpusdan və bir inzibati binadan  ibarət olan bağçanın həyətyanı sahəsi hektar yarımdır. Bağçada əsaslı təmir və yenidənqurma işləri yüksək səviyyədə həyata keçirilib. Əsaslı yenidənqurma işləri ilə yanaşı, bağçanı daimi olaraq isti su ilə təchiz etmək üçün əlavə qazanxana da inşa edilib. Bağçada yanğın əleyhinə xüsusi sistem yaradılıb. Bağçada təhlükəsizlik kameraları quraşdırılıb. Burada uşaqların istirahəti üçün hər cür şəraitin yaradıldığı qeyd olundu. Bağçanın əsas binasında aparılan yenidənqurma işləri ilə yanaşı, həyətyanı sahədə də abadlıq və quruculuq tədbirləri görülüb. Uşaqların əylənməsi üçün xüsusi guşələr yaradılıb. Binanın və ərazinin işıqlandırma sistemi tamamilə yenidən qurulub, işıq dirəkləri yeniləri ilə əvəz edilibdir.

 

AzərTAc

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video