Azərbaycan Prezidenti İlham Əliyev Mərdəkan qəsəbəsindəki Hacı Zeynalabdin Tağıyev adına 123 nömrəli və 181 nömrəli orta məktəblərin binalarında aparılan yenidənqurma işlərinin gedişi ilə tanış olmuşdur
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 9-da Bakının Xəzər rayonunun Mərdəkan qəsəbəsindəki Hacı Zeynalabdin Tağıyev adına 123 nömrəli orta məktəbin yenidənqurma işlərindən sonrakı vəziyyəti ilə tanış olub, qəsəbədəki 181 nömrəli orta məktəbdə aparılan əsaslı təmir işlərinin gedişi ilə maraqlanmışdır.
2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramında məktəblərin əsaslı təmir və yenidən qurulması ilə bağlı bu il üçün nəzərdə tutulmuş tədbirlər planına uyğun olaraq paytaxtın orta ümumtəhsil məktəblərinin binalarında əsaslı təmir və yenidənqurma işləri davam etdirilir.
Prezident İlham Əliyev Hacı Zeynalabdin Tağıyev adına 123 nömrəli orta məktəbin təmirdən sonrakı vəziyyəti ilə tanış olmaq üçün bu təhsil ocağına gəldi. Görülən işlərlə bağlı dövlət başçısına məlumat verildi. Qeyd edək ki, Prezident İlham Əliyev mayın 12-də Xəzər rayonunun Mərdəkan qəsəbəsində görülən işlərlə yaxından tanış olarkən sakinlər 123 nömrəli orta məktəbin binasının əsaslı təmir olunmasını dövlət başçısından xahiş etmişdilər. Prezident İlham Əliyev məktəbin binasının əsaslı şəkildə təmir və bərpa olunması ilə bağlı yerindəcə tapşırıqlar vermişdi. Dövlət başçısının tapşırıqlarına əsasən 123 nömrəli orta məktəbin binası qısa vaxt ərzində ən müasir standartlara uyğun olaraq əsaslı şəkildə təmir edildi. Məktəbin ayrı-ayrı sinif otaqları, fənn kabinetləri və laboratoriyalar tamamilə yenidən qurulub, döşəmə və tavan dəyişdirilib, fasadı bərpa edilib. Məktəb ən müasir kompyuter avadanlığı ilə təchiz edilib. Məktəbin idman meydançası da əsaslı şəkildə yenidən qurulub. Burada idman dərslərinin keçirilməsi üçün hər cür şərait yaradılıb.
Sonra Prezident İlham Əliyev Mərdəkan qəsəbəsində 181 nömrəli orta ümumtəhsil məktəbinin binasında əsaslı təmir və yenidənqurma işlərinin gedişi ilə tanış oldu. Görülən işlərlə bağlı Prezident İlham Əliyevə məlumat verildi. Bildirildi ki, məktəbin binası 1965-ci ildə inşa edilib, 4 hektar ərazisi vardır. 964 şagird yerlik 181 nömrəli məktəbdə 1514 şagirdin təhsil aldığı, dərslərin iki növbə üzrə tədris olunduğu qeyd edildi. Həyata keçirilən əsaslı təmir və yenidənqurma işlərinin gedişi ilə yaxından tanış olan dövlət başçısı müvafiq tapşırıqlarını verdi.
AzərTAc
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Türkiyənin “ASELSAN” şirkəti ixrac həcmini 1 milyard dollara çatdırmağı planlaşdırır ...
25 Aprel
Qırğızıstan Prezidenti Sadır Japarovun Azərbaycana dövlət səfəri başa çatıb
25 Aprel
Milli Məclisin sədri Türk Dövlətləri Parlamentlərinin Xarici Əlaqələr Komitələri sədrlərinin iclasın...
25 Aprel
Türkiyənin Kahramanmaraş Sütcü İmam Universiteti ilə Azərbaycan Tibb Universiteti arasında birgə elm...
25 Aprel
Fransızların çoxu Makronun Aİ qərarlarına real təsir göstərdiyinə inanmır
25 Aprel
Dəyişən iqlim şəraitində əməyin mühafizəsi ilə bağlı maarifləndirmə tədbirləri təşkil olunub ...
25 Aprel
Rusiya XIN: Moskva Azərbaycanla Ermənistan arasında dövlət sərhədinin delimitasiyasına gələcəkdə də ...
25 Aprel
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar YENİLƏNİB
25 Aprel
Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun Şəhidlər xiyabanında xatirəsi anılıb
25 Aprel
Elmira Süleymanova II Fəxri xiyabanda dəfn olunub
25 Aprel
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!