19 Mart 2013 02:03
417
Qəbullar
A- A+

Azərbaycan Prezidenti İlham Əliyev Mərakeş Krallığının daxili işlər nazirini qəbul etmişdir

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 18-də Mərakeş Krallığının daxili işlər naziri Mohaned Lanseri qəbul etmişdir.

Daxili işlər naziri Mohaned Lanser Mərakeş Kralı VI Məhəmmədin salamlarını və ən xoş arzularını dövlət başçısına çatdırdı. Mohaned Lanser  "Terrorizmin qarşısının alınmasında əməkdaşlığın gücləndirilməsi" mövzusunda Bakıda keçirilən Beynəlxalq konfransın yüksək səviyyədə təşkil olunmasına görə Prezident İlham Əliyevə minnətdarlığını bildirdi. 2006-cı ildə ölkəmizə səfər etdiyini xatırlayan qonaq ötən dövr ərzində paytaxtımızda böyük inkişafın şahidi olduğunu dedi.

Dövlət başçısı Azərbaycan Respublikası ilə Mərakeş Krallığı arasında ikitərəfli əlaqələrin uğurla inkişaf etdiyini vurğuladı. Prezident İlham Əliyev ölkələrimizin beynəlxalq təşkilatlar çərçivəsində fəal əməkdaşlığının və bir-birilərini daim dəstəkləməsinin önəmini qeyd etdi.

Prezident İlham Əliyev Kral VI Məhəmmədin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Mərakeş Kralına çatdırmağı xahiş etdi.

 

AzərTAc

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video