19:10 23 Oktyabr 2021
ONLINE XƏBƏR LENTİ
01:45 23.10.2021 Azad yurdum
Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Prezidenti İlham Əliyev Latviyanın iqtisadiyyat nazirini qəbul etmişdir
ANA SƏHİFƏ / QƏBULLAR
02:11 15.11.2011

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 14-də Latviya Respublikasının iqtisadiyyat naziri Daniels Pavlutsu qəbul etmişdir.

Nazir Daniels Pavluts Latviyanın yeni hökumətinin ilk nümayəndəsi kimi Azərbaycana səfərindən məmnunluğunu bildirdi. O, təmsil etdiyi yeni hökumətin Azərbaycan ilə əməkdaşlığın bundan sonra da inkişaf etdirilməsində maraqlı olduğunu dedi. Son illər ölkələrimiz arasında əlaqələrin çox yaxşı səviyyədə olduğunu vurğulayan latviyalı nazir əməkdaşlığımızın genişlənməsində yüksək səviyyəli qarşılıqlı səfərlərin önəmini qeyd etdi.

Dövlətimizin başçısı Azərbaycanın Latviya ilə əməkdaşlığın bundan sonra da inkişaf etdirilməsi işində maraqlı olduğunu dedi. Dövlət başçılarının uğurlu qarşılıqlı səfərlərinin yaxşı nəticələr verdiyini vurğulayan Prezident İlham Əliyev son illər  münasibətlərimizin dinamik şəkildə inkişaf etdiyini bildirdi. Əməkdaşlığın genişləndirilməsi ilə bağlı müəyyən olunmuş istiqamətlər üzrə, xüsusilə ticarət sahəsində bir çox investisiya layihələrinin müzakirə edildiyini deyən dövlətimizin başçısı Latviyanın yeni hökuməti ilə də ölkəmizin uğurlu əməkdaşlıq edəcəyinə ümidvar olduğunu bildirdi.

 

AzərTAc



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM