15:59 27 Noyabr 2021
ONLINE XƏBƏR LENTİ
01:31 27.11.2021

Arzusu general olmaq idi


01:30 27.11.2021

Babək hünərli igid


01:30 27.11.2021

Dünyanın yeni problemi


Qusarın payız etüdləri FOTOLENT
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Prezidenti İlham Əliyev Koreya Milli Assambleyasının sədri Pak Hi Tenin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir
ANA SƏHİFƏ / QƏBULLAR
01:01 14.01.2012

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 13-də Koreya Respublikası Milli Assambleyasının sədri Pak Hi Tenin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.

Dövlətimizin başçısı Azərbaycan Respublikası ilə Koreya Respublikası arasında ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyini vurğuladı. Əlaqələrimizin siyasi sahədə yüksək səviyyədə olduğunu qeyd edən Prezident İlham Əliyev iqtisadi sahədə əməkdaşlığımızın yaxşı nəticələr verdiyini, ölkələrimiz arasında ticarət dövriyyəsinin sürətlə artdığını dedi. Son illər Koreya şirkətlərinin Azərbaycan üçün vacib olan layihələrdə iştirakından məmnunluğunu bildirən dövlətimizin başçısı bu əməkdaşlığın daha da genişləndirilməsində ölkəmizin maraqlı olduğunu dedi. İkitərəfli münasibətlərimizin inkişafında parlamentlərarası əlaqələrin önəmini qeyd edən Prezident İlham Əliyev Koreya Respublikasının Milli Assambleyasının sədri Pak Hi Tenin ölkəmizə səfərinin uğurlu olacağına və səfər zamanı əməkdaşlığımızın genişləndirilməsi ilə bağlı səmərəli danışıqların və müzakirələrin aparılacağına əminliyini  bildirdi. 

Pak Hi Te Koreya Respublikası Milli Assambleyasının sədri kimi Azərbaycana ilk dəfə səfər etməsindən məmnunluğunu ifadə etdi.  O bildirdi ki, ölkəmizə səfərinin əsas məqsədi Azərbaycan Respublikası ilə Koreya Respublikası arasında diplomatik münasibətlərin yaradılmasının 20 illiyi ilə bağlı yubiley tədbirlərində iştirak etmək və  ikitərəfli münasibətlərimizin daha da genişləndirilməsi ilə bağlı müzakirələr aparmaqdır. Azərbaycana səfəri zamanı ölkəmizdə gedən sürətli inkişaf proseslərinin şahidi olduğunu vurğulayan Pak Hi Te Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə böyük tərəqqiyə nail olunduğunu dedi.

Görüşdə informasiya-kommunikasiya texnologiyaları, turizm və digər sahələrdə əməkdaşlığın daha da genişləndirilməsində ölkələrimizin maraqlı olduğu bildirildi.

Sonda xatirə şəkli çəkdirildi.

 

AzərTAc



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM