03 Sentyabr 2011 08:09
558
Qəbullar
A- A+

Azərbaycan Prezidenti İlham Əliyev İsveçrə Konfederasiyasının vitse-prezidenti, maliyyə federal departamentinin rəhbəri xanım Evelin Vidmer-Şlumpfı qəbul etmişdir

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 2-də İsveçrə Konfederasiyasının vitse-prezidenti, maliyyə federal departamentinin rəhbəri xanım Evelin Vidmer-Şlumpfı qəbul etmişdir.

Dövlətimizin başçısı Azərbaycan ilə İsveçrə Konfederasiyası arasında əlaqələrin uğurla inkişaf etdiyini vurğuladı. Özünün İsveçrəyə, İsveçrənin dövlət başçılarının isə Azərbaycana səfərlərini məmnunluqla xatırlayan Prezident İlham Əliyev yüksək səviyyəli qarşılıqlı səfərləri ölkələrimiz arasında siyasi əlaqələrin göstəricisi kimi dəyərləndirdi. İsveçrə Konfederasiyasının vitse-prezidenti, maliyyə federal departamentinin rəhbəri xanım Evelin Vidmer-Şlumpfın ölkəmizə səfərinin önəmini vurğulayan dövlətimizin başçısı əlaqələrimizin daha da genişləndirilməsi baxımından bu səfərin uğurlu olacağına əminliyini ifadə etdi.

İsveçrə Konfederasiyasının vitse-prezidenti, maliyyə federal departamentinin rəhbəri xanım Evelin Vidmer-Şlumpf Prezident İlham Əliyevi Azərbaycanın dövlət müstəqilliyinin bərpa olunmasının 20 illiyi münasibətilə təbrik etdi. O, ölkələrimiz arasında diplomatik münasibətlərin də məhz 20 il bundan əvvəl yaradılmasının önəmini vurğuladı. Xanım Evelin Vidmer-Şlumpf Prezident İlham Əliyevin İsveçrəyə rəsmi səfərini, Davos İqtisadi Forumunda iştirakını və orada keçirdiyi məhsuldar görüşləri məmnunluqla xatırladı. O, əlaqələrimizin inkişafı baxımından yüksək səviyyəli qarşılıqlı səfərlərin əhəmiyyətini qeyd etdi.

Görüşdə Azərbaycan ilə İsveçrə Konfederasiyası arasında əlaqələrin inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparıldı.

 

AzərTAc

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video