17 Mart 2013 01:03
467
Qəbullar
A- A+

Azərbaycan Prezidenti İlham Əliyev İSESCO-nun baş direktorunu qəbul etmişdir

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 16-da İSESCO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tüveycrini qəbul etmişdir.

İSESCO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tüveycri "Terrorçuluğun qarşısının alınmasında əməkdaşlığın gücləndirilməsi" mövzusunda beynəlxalq konfransın Bakıda yüksək səviyyədə təşkil olunmasına verdiyi dəstəyə görə Prezident İlham Əliyevə minnətdarlığını ifadə etdi. Konfransda 50 ölkəni və 20 beynəlxalq təşkilatı təmsil edən nümayəndələrin iştirakının önəmini vurğulayan Əbdüləziz bin Osman əl-Tüveycri Azərbaycanın bu cür beynəlxalq tədbirlər keçirməkdə yaxşı təcrübəsi olduğunu məmnunluqla qeyd etdi. 

Dövlət başçısı "Terrorçuluğun qarşısının alınmasında əməkdaşlığın gücləndirilməsi" mövzusunda Bakıda təşkil edilən beynəlxalq konfransa olan böyük  marağı yüksək qiymətləndirdi. Prezident İlham Əliyev konfransda müzakirə olunacaq məsələlərin terrorçuluğun qarşısının alınması istiqamətində birgə səylərin daha da artırılması işinə xidmət edəcəyinə əminliyini bildirdi.

Görüşdə Azərbaycan ilə İSESCO arasında əməkdaşlığın gələcəkdə daha da genişləndirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

 

AzərTAc

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video