26 Aprel 2012 03:04
400
Qəbullar
A- A+

Azərbaycan Prezidenti İlham Əliyev İordaniya Senatı sədrinin birinci müavini Abdurrauf əl-Ravabidənin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 25-də İordaniya Senatı sədrinin birinci müavini Abdurrauf əl-Ravabidənin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.

İordaniya Senatı sədrinin birinci müavini Abdurrauf əl-Ravabidə Azərbaycana səfərindən və Prezident İlham Əliyevlə görüşündən böyük məmnunluq hissi keçirdiyini dedi. Əsasını ulu öndər Heydər Əliyevin qoyduğu quruculuq işlərinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayan Abdurrauf əl-Ravabidə Azərbaycanda gedən iqtisadi inkişaf proseslərinin ölkəsində maraqla izlənildiyini dedi. O, Azərbaycanın BMT Təhlükəsizlik Şurasına üzv seçilməsi münasibətilə dövlətimizin başçısını təbrik etdi.

Prezident İlham Əliyev Azərbaycan ilə İordaniya Krallığı arasında ikitərəfli münasibətlərin inkişafından məmnunluğunu bildirdi.

Dövlətimizin başçısı ölkələrimizin beynəlxalq təşkilatlar çərçivəsində də uğurlu əməkdaşlıq etdiyini vurğuladı. Siyasi sahədə münasibətlərimizin yüksək səviyyədə olduğunu deyən Prezident İlham Əliyev iqtisadi və parlamentlərarası əlaqələr sahəsində də əməkdaşlığımızı genişləndirmək üçün yaxşı potensialın mövcudluğunu qeyd etdi.

 

AzərTAc

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video