09:33 24 Sentyabr 2021
ONLINE XƏBƏR LENTİ
01:24 24.09.2021

Güc simvolu


Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Prezidenti İlham Əliyev Heydər Əliyev Beynəlxalq Aeroportundakı yeni aerovağzal kompleksində aparılan inşaat işlərinin gedişi ilə tanış olmuşdur
ANA SƏHİFƏ / SƏFƏRLƏR
01:12 04.12.2011

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 3-də Heydər Əliyev Beynəlxalq Aeroportundakı yeni aerovağzal kompleksində aparılan inşaat işlərinin gedişi ilə tanış olmuş, mövcud aerovağzal binasının fasadında həyata keçirilən əsaslı təmir və yenidənqurma işlərinə baxmış, yeni gətirilmiş EVROCOPTER EC-135 tipli helikopterlərə baxış keçirmişdir.

"Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyətinin prezidenti Cahangir Əsgərov görülən işlərlə bağlı dövlətimizin başçısına məlumat verdi. Bildirildi ki, yeni aerovağzal kompleksi layihəsinin həyata keçirilməsi sərnişin və yük daşımaları ilə bağlı xidmətin səviyyəsini daha da yüksəldəcək, təyyarə uçuşlarının təhlükəsizliyini dünya standartları səviyyəsinə qaldıracaqdır. Yeni aerovağzalın tikintisi ilə yanaşı, mövcud aerovağzal binasının fasadında da əsaslı bərpa və yenidənqurma işləri aparılır. Dövlətimizin başçısı burada həyata keçirilən yenidənqurma işləri ilə də tanış oldu. Bildirildi ki, mövcud binanın fasadı ən müasir standartlara cavab verən üzlüklərlə yenidən qurulacaqdır. Prezident İlham Əliyev Heydər Əliyev Beynəlxalq Aeroportunda yeni aerovağzal kompleksində aparılan inşaat işlərinin və mövcud binada görülən bərpa və yenidənqurma işlərinin yüksək keyfiyyətlə həyata keçirilməsi ilə bağlı müvafiq göstərişlərini verdi.

Sonra dövlətimizin başçısı yeni gətirilmiş EVROCOPTER EC-135 tipli təcili yardım helikopterlərinə baxış keçirdi. "Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyətinin prezidenti Cahangir Əsgərov helikopterlərin texniki göstəriciləri barədə Prezident İlham Əliyevə məlumat verdi. Bildirildi ki, fövqəladə hallar şəraitində xilasetmə əməliyyatları zamanı istifadə olunacaq yeni helikopterlər ən müasir təcili tibbi yardım avadanlığı ilə təchiz olunub. İstənilən coğrafi şəraitdə qalxıb-enməyi asanlıqla həyata keçirən bu helikopterlər xüsusi ilə də dənizə enmə imkanlarına da malikdir. Dənizdə baş verə biləcək hər hansı fövqəladə vəziyyət zamanı bu helikopterlər asanlıqla suya enərək, lazımi təcili tibbi yardım və xilasetmə tədbirlərini həyata keçirir. Azərbaycan Prezidenti İlham Əliyev təcili yardım helikopterləri ilə yaxından tanış oldu.

 

AzərTAc



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM