13 Sentyabr 2011 01:09
356
Qəbullar
A- A+

Azərbaycan Prezidenti İlham Əliyev Dünya Səhiyyə Təşkilatının baş direktoru xanım Marqaret Çanı qəbul etmişdir

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 12-də Dünya Səhiyyə Təşkilatının baş direktoru xanım Marqaret Çanı qəbul etmişdir.

Baş direktor xanım Marqaret Çan Dünya Səhiyyə Təşkilatının Avropa Regional Komitəsinin 61-ci sessiyasının ölkəmizdə yüksək səviyyədə təşkilinə görə Azərbaycan hökumətinə, şəxsən Prezident İlham Əliyevə minnətdarlığını bildirdi. Azərbaycana bundan əvvəlki səfərlərini məmnunluqla xatırlayan xanım Marqaret Çan ötən dövr ərzində ölkəmizdə yüksək inkişafın şahidi olduğunu qeyd etdi. O, dünyanın 53 ölkəsini təmsil edən nümayəndə heyətlərinin bu tədbirdə iştirakının ölkəmizdə  gedən inkişaf prosesləri ilə yaxından tanış olmaq baxımından önəmini qeyd etdi.

Dövlətimizin başçısı Dünya Səhiyyə Təşkilatının Avropa Regional Komitəsinin 61-ci sessiyasının Bakıda keçirilməsinin əhəmiyyətini vurğuladı. Prezident İlham Əliyev dünyanın müxtəlif ölkələrindən olan nümayəndə heyətlərinin Azərbaycanla, o cümlədən ölkəmizdə səhiyyə sahəsində  görülən işlərlə yaxından tanış olması üçün bu tədbirin yaxşı fürsət yaratdığını bildirdi. Dövlətimizin başçısı Dünya Səhiyyə Təşkilatının Azərbaycana göstərdiyi dəstəyə görə təşəkkürünü bildirdi. Dünya Səhiyyə Təşkilatı ilə ölkəmizin müvafiq qurumları arasında uğurlu əməkdaşlığın həyata keçirildiyini qeyd edən dövlətimizin başçısı bu əməkdaşlığın gələcəkdə daha da genişlənəcəyinə ümidvar olduğunu bildirdi.   

 

AzərTAc

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video