29 Yanvar 2012 12:01
493
Səfərlər
A- A+

Azərbaycan Prezidenti İlham Əliyev Davosda «Avrasiyanın gələcəyi» sessiyasında iştirak etmişdir

 

Xüsusi müxbirimiz xəbər verir ki, yanvarın 27-də Davosda "Avrasiyanın gələcəyi" adlı sessiya keçirilmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sessiyada iştirak etmişdir.

İsveçrənin Davos şəhərində 42-ci Dünya İqtisadi Forumunun illik toplantısında müasir dövrün siyasi-iqtisadi problemlərinin, eləcə də qlobal inkişafın doğurduğu əsas problemlərin həlli üçün işgüzar tərəfdaşlığın genişlənməsi ilə bağlı məsələlər müzakirə olundu.

Toplantıda 100-dən artıq ölkədən 2500-dən çox nümayəndə, o cümlədən dövlət və hökumət başçıları, eləcə də tanınmış şirkətlərin təmsilçiləri, iqtisadçılar, alimlər, ekspertlər, beynəlxalq təşkilatların və KİV-lərin rəhbərləri iştirak etmişlər.

Forum çərçivəsində "Avrasiyanın gələcəyi" adlı sessiya keçirildi.

Azərbaycan Prezidenti İlham Əliyev sessiyada çıxış etdi.

Dövlət başçısı ölkəmizin keçdiyi tarixi inkişaf yolundan, demokratik ənənələrə söykənən dövlətçilik tarixindən danışdı, bildirdi ki, Şərqdə ilk demokratik respublika məhz Azərbaycanda 1918-ci ildə yaradılıb.

Prezident İlham Əliyev ölkəmizin XX əsrin sonlarında müstəqilliyini yenidən bərpa etdiyini bildirdi, 20 il ərzində Azərbaycanda dövlət quruculuğu, demokratiyanın təmin olunması, siyasi-iqtisadi sahələrdə görülən işlərə, ictimai-siyasi sabitlik və digər məsələlərə toxundu. Azərbaycan Prezidenti diqqətə çatdırdı ki, son illər ölkəmizdə ictimai-siyasi sabitliyin təmin olunması və  demokratiyanın inkişafında böyük addımlar atılıb.

Azərbaycanın zəngin enerji ehtiyatlarına malik olduğunu vurğulayan dövlət başçısı bu gün respublikamızın Avropanın enerji təhlükəsizliyinin təmin olunması işində fəal iştirak etdiyini və bu sahədə böyük nailiyyətlər qazanıldığını, həmçinin əlverişli coğrafi-siyasi məkanda yerləşən ölkəmizin beynəlxalq aləmdə regional əməkdaşlığa mühüm töhfələr verdiyini də bildirdi.

Azərbaycanın beynəlxalq nüfuzunun durmadan artdığını qeyd edən Prezident İlham Əliyev dedi ki, ölkəmizdə bu gün qeyri-neft sektoruna da böyük diqqət yetirilir.

Dövlət başçısı ölkəmizdə informasiya-kommunikasiya texnologiyaları, sənayeləşdirmə və digər sahələrin inkişaf etdirilməsi istiqamətində həyata keçirilən işlərdən danışdı. Prezident İlham Əliyev dedi ki, dünyada baş verən maliyyə böhranına baxmayaraq, Azərbaycanda dinamik inkişafın və iqtisadiyyatın çoxşaxəliliyinin təmin olunmasında böyük işlər görülmüşdür.

Prezident İlham Əliyev Azərbaycanda təhsilin inkişafına dövlət səviyyəsində göstərilən diqqəti də qeyd etdi.

Azərbaycanın qarşısında bütün sahələrin inkişafı ilə əlaqədar mühüm vəzifələrin durduğunu bildirən dövlət başçısı ölkəmizin bu istiqamətdə səylərini davam etdirəcəyinə və yeni uğurlara nail olacağına əminliyini bildirdi.      

Sessiyada, eyni zamanda, Ukrayna Prezidenti Viktor Yanukoviç və Rusiyanın VTB Bankının prezidenti Andrey Kostin də çıxış etdilər.

Sonda suallar cavablandırıldı.

 

AzərTAc

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video