24 Noyabr 2011 03:11
535
Qəbullar
A- A+

Azərbaycan Prezidenti İlham Əliyev Beynəlxalq Telekommunikasiya Təşkilatının baş katibi Hamadun Tureni qəbul etmişdir

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 23-də Beynəlxalq Telekommunikasiya Təşkilatının baş katibi Hamadun Tureni qəbul etmişdir.

Beynəlxalq Telekommunikasiya Təşkilatının baş katibi Hamadun Ture ölkəmizdə "BakuTel-2011" XVII Beynəlxalq telekommunikasiya və informasiya texnologiyaları sərgisi və konfransının təşkilini yüksək qiymətləndirdi. İnformasiya təhlükəsizliyinin dünyada aktual məsələlərdən biri olduğunu vurğulayan Hamadun Ture bu sahədə Azərbaycanda görülən işlərdən məmnunluğunu bildirdi. Ölkəmizdə informasiya və kommunikasiya texnologiyaları sahəsinin sürətlə inkişaf etdiyini qeyd edən qonaq Azərbaycanın Beynəlxalq Telekommunikasiya Təşkilatının Afrika ölkələrinin yardım kampaniyasına qoşulmasının önəmini qeyd etdi.                           

Azərbaycan Prezidenti İlham Əliyev neft-qaz sahəsi ilə yanaşı, informasiya və kommunikasiya texnologiyaları sektorunun dövlətin önəm verdiyi prioritet sahələrdən biri olduğunu vurğuladı. Prezident İlham Əliyev enerji sahəsində olduğu kimi,  Azərbaycanın informasiya və kommunikasiya texnologiyaları ilə bağlı regional layihələrdə iştirakı istiqamətində fəaliyyətini daha da artıracağını qeyd etdi.                

Dövlət başçısı Beynəlxalq Telekommunikasiya Təşkilatının fəal üzvü kimi Azərbaycanın qurumun təklif etdiyi bütün layihələrdə uğurla iştirak edəcəyini dedi.

Görüşdə Azərbaycanın Beynəlxalq Telekommunikasiya Təşkilatı ilə əməkdaşlığının perspektivlərinə dair fikir mübadiləsi aparıldı.

 

AzərTAc

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video