01 May 2013 05:05
374
Qəbullar
A- A+

Azərbaycan Prezidenti İlham Əliyev Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının baş direktoru və baş icraçı direktoru Toni Tayleri qəbul etmişdir

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 30-da Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının baş direktoru və baş icraçı direktoru Toni Tayleri qəbul etmişdir.

İqtisadiyyatın sürətli inkişafında aviasiya nəqliyyatının rolunu qeyd edən Toni Tayler dünyada bu sahənin tərəqqisinin vacibliyini bildirdi. O, Azərbaycanda dövlətin aviasiya nəqliyyatının inkişafına göstərdiyi diqqəti yüksək dəyərləndirdi.

Prezident İlham Əliyev Azərbaycanda aviasiya nəqliyyatına dövlətin daim qayğı göstərdiyini vurğuladı. Son illər dövlət vəsaiti hesabına ölkəmizin müxtəlif regionlarında müasir hava limanlarının inşa olunduğunu və yeni təyyarələrin alındığını qeyd edən dövlət başçısı ölkənin biznes, turizm imkanlarının artırılmasında aviasiya nəqliyyatının önəmini vurğuladı.

Görüşdə Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyası ilə "Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyəti arasında əməkdaşlığın genişləndirilməsi, aviasiya nəqliyyatı sahəsində yeni tərəfdaşlıq əlaqələrinin qurulması ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

 

AzərTAc

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video