27 Sentyabr 2011 01:09
665
Qəbullar
A- A+

Azərbaycan Prezidenti İlham Əliyev Beynəlxalq Boks Assosiasiyasının prezidenti Çinq-Kuo Vunu və Beynəlxalq Olimpiya Komitəsinin üzvlərini qəbul etmişdir

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 25-də Beynəlxalq Boks Assosiasiyasının prezidenti Çinq-Kuo Vunu və Beynəlxalq Olimpiya Komitəsinin üzvlərini qəbul etmişdir.

Boks üzrə dünya çempionatının ölkəmizdə keçirilməsindən məmnunluğunu bildirən dövlətimizin başçısı çempionatın uğurlu olacağına əminliyini ifadə etdi. Çempionata hazırlıqla bağlı çox böyük işlərin görüldüyünü deyən Prezident İlham Əliyev ölkəmizin beynəlxalq idman yarışlarına ev sahibliyi etməkdə təcrübəsi olduğunu vurğuladı. Bu cür mötəbər yarışların Azərbaycanda keçirilməsinin önəmini qeyd edən Prezident İlham Əliyev tədbirin ölkəmizlə Beynəlxalq Olimpiya Komitəsi arasında əməkdaşlığın genişləndirilməsi işinə töhfə verəcəyinə ümidvar olduğunu bildirdi.

Bundan əvvəl yeniyetmələr və gənclər arasında dünya çempionatlarının Bakıda təşkil olunduğunun əhəmiyyətini vurğulayan Beynəlxalq Boks Assosiasiyasının prezidenti Çinq-Kuo Vu Olimpiya oyunlarına lisenziya verən boks üzrə dünya çempionatının ölkəmizdə keçirilməsinin əhəmiyyətini qeyd etdi və bu münasibətlə dövlətimizin başçısına təbriklərini çatdırdı. O, Azərbaycan Olimpiya Komitəsinin prezidenti kimi ölkəmizdə idmana, o cümlədən idmanın boks növünün inkişafına göstərdiyi diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıq etdi.

Dövlətimizin başçısı Azərbaycan boksçularına göstərilən  dəstəyə görə Beynəlxalq Boks Assosiasiyasına təşəkkürünü bildirdi. Prezident İlham Əliyev ölkəmizdə idmanın inkişafına hər cür şəraitin yaradıldığını vurğuladı. Gənclər arasında keçirilən Olimpiya oyunlarında Azərbaycan boksçularının uğurlu çıxış etdiklərini xatırlayan dövlətimizin başçısı boks üzrə dünya çempionatının ölkəmizdə keçirilməsinin idmanın bu növünə olan marağın daha da artacağına əminliyini bildirdi.

Görüşdən sonra xatirə şəkli çəkdirildi.

 

AzərTAc

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video