12:12 25 Iyul 2021
ONLINE XƏBƏR LENTİ
00:51 25.07.2021

Səmanın fatehi


00:38 25.07.2021

Cüdoda uğursuz start


00:38 25.07.2021

İlk medalçılar


00:36 25.07.2021

Boksçumuz 1/8 finalda


00:35 25.07.2021

Ən çox qəhvə içənlər


00:33 25.07.2021

Ən dadlı qəhvə


Suqovuşanın təbiət mənzərələri FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Prezidenti İlham Əliyev Bakının Binəqədi qəsəbəsində daxili yollarda aparılan əsaslı təmir və yenidənqurma işlərinin gedişi ilə tanış olmuşdur
ANA SƏHİFƏ / SƏFƏRLƏR
03:09 06.09.2011

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 5-də Bakının Binəqədi qəsəbəsində daxili yollarda aparılan əsaslı təmir və yenidənqurma işlərinin gedişi ilə tanış olmuşdur.

Bakı və Bakıətrafı kənd və qəsəbələrin sosial-iqtisadi inkişafı ilə bağlı keçirilən müşavirədə qarşıya qoyulan vəzifələrə uyğun olaraq paytaxtın bütün qəsəbələrində ardıcıl tədbirlər həyata keçirilir. Binəqədi qəsəbəsində də bu işlər sürətlə gedir.

Qəsəbədə əsaslı təmir olunmuş daxili yolların sxemi əsasında Prezident İlham Əliyevə məlumat verildi. Bildirildi ki, bu qəsəbədə 16 kilometr, ümumilikdə 80 min kvadratmetr yol sahəsinə yeni asfalt örtüyü döşənib. Qəsəbədaxili yolların abadlaşdırılması istiqamətində tədbirlər davam etdirilir.

Binəqədi qəsəbəsində küçələrin işıqlandırma sistemi də tamamilə yenidən qurulub, xaricdən gətirilmiş 100-dən çox yeni işıq dirəyi  quraşdırılıb.

Görülən işlərlə tanış olan Prezident İlham Əliyev qəsəbə sakinləri ilə görüşüb söhbət etdi.

Qəsəbə ictimaiyyətinin nümayəndələri dövlətimizin başçısını  hərarətlə qarşıladılar.

Azərbaycan Prezidenti İlham ƏLİYEV qəsəbə sakinlərini salamlayaraq dedi:

- Sizi ürəkdən salamlayıram. Yenidən görüşürük. Bir neçə il bundan əvvəl Binəqədi qəsəbəsində olmuşam və o vaxt biz yeni yolun açılışında bərabər iştirak etmişdik. İndi isə vaxt gəlib çatıbdır ki, biz qəsəbədaxili yolları da sahmana salaq.

Mənə verilən məlumata görə, iki ay ərzində 16 kilometr qəsəbədaxili yeni yollar çəkilibdir. Bu, şəkillərdə də göstərilib. Əlbəttə, siz qəsəbə sakinləri yaxşı bilirsiniz ki, bunlar torpaq yol idi. İndi isə asfalt yoldur. Başqa qəsəbələrdə olduğu kimi, Binəqədi qəsəbəsində də çox sürətli inkişaf gedir. Bakıətrafı qəsəbələrin inkişafı proqramı icra edilir. Proqram çox dəqiqdir və konkret xarakter daşıyır. Nəinki yollar, bütün infrastruktur yeniləşməlidir. Elektrik xətləri, qaz təchizatı məsələləri tədricən həll olunur. Mənə deyilənə görə, bu məsələlərlə bağlı ciddi problem yoxdur. Əminəm ki, bütün bu məsələlər müəyyən edilmiş vaxtda həll olunacaqdır.

Bakı qəsəbələrinin inkişafı Proqramı iki il yarımı əhatə edir. Yəni biz qarşımıza çox böyük və məsuliyyətli vəzifə qoymuşuq ki, iki il yarım ərzində Bakının bütün qəsəbələrində sosial və infrastruktur məsələləri öz həllini tapsın. Artıq proqramın icrası, ilkin addımlar onu göstərir ki, biz işimizi yüksək templərlə aparırıq. Buraya gəlməzdən əvvəl böyük bir məktəbin təmiri ilə maraqlandım. Mən indi göstəriş vermişəm ki, yeni məktəbin tikintisi üçün yer müəyyən edilsin. Bakıda və ətraf qəsəbələrdə indi məktəblərin təmiri də sürətlə gedir. İlin sonuna qədər 50-dən çox məktəb əsaslı təmir olunub istifadəyə veriləcəkdir.

Bütün bu hadisələr onu göstərir ki, nəzərdə tutduğumuz bütün məsələlər, bütün proqramlar həyatda öz həllini tapır. Bu proqramların başlıca məqsədi odur ki, Azərbaycan əhalisi daha da yaxşı yaşasın, bütün sosial məsələlər, infrastruktur, insanları narahat edən problemlər öz həllini tapsın. Nəinki şəhərimizin mərkəzində, kənarında da, ətraf qəsəbələrdə də şəhər mərkəzindəki kimi şərait olmalıdır. Su, kanalizasiya, yol məsələlərinin, bütün infrastruktur layihələrinin həll olunması bizim vəzifəmizdir. Həm bölgələrdə, həm Bakıda və həm də Bakı qəsəbələrində.

Proqramı biz qəbul etmişik, təsdiq etmişik. Orada hər şey göstərilir, mətbuatda da dərc edilmişdir. Hər bir vətəndaş görə bilər ki, onun qəsəbəsində, kəndində nələr baş verəcəkdir. Ancaq bu proqramı biz qəbul edərkən, əlbəttə, çalışırdıq ki, yerlərdən bütün təklifləri alaq və aldıq da. Amma həyat yerində durmur. Misal üçün, Binəqədi qəsəbəsində yeni məktəbin tikintisi nəzərdə tutulmurdu. İndi mənə verilən məlumatdan sonra demişəm ki, məsələ araşdırılsın. Yeni məktəb tikilməlidir. Yəni biz məsələyə realist nöqteyi-nəzərdən yanaşmalıyıq. Proqrama əlavələr də edilə bilər, edilməlidir də.

SAKİN: Möhtərəm cənab Prezident, gəlişinizdən çox məmnunluq duyuruq. Xoş gəlmisiniz! Bilirik ki, Sizin hər gəlişiniz mütləq mütərəqqi bir irəliləyişə səbəb olur.

Xatırlayıram ki, 2006-cı ildə bizim iqtisadi artımımız 34,5 faiz olandan sonra Siz Kürdəmir şəhərində çıxış edərək dediniz ki, əgər hər hansı iqtisadi artımın nəticəsindən əhali nəsə əldə etməyəcəksə, belə iqtisadi artım heç kimə lazım deyildir. O nöqteyi-nəzərdən də hesab edirik ki, qəsəbəmizin də bir neçə problemi vardır və doğrudan da Sizin gəlişinizlə biz bundan bəhrələnə bilərik. Birincisi odur ki, bizim 205 nömrəli məktəbin yerləşdiyi ərazidə mazut gölü vardır. Sahəsi 3-4 hektar olar. Yaxşı olardı ki, orada park yaradılsın. Bizim belə bir xahişimiz vardır. Daha sonra bilirik ki, Oğuz-Qəbələdən su çəkdirdiniz. Həmin o sudan biz də bəhrələnmək istərdik. Üç məktəbin yanında, sağlıq olsun, dördüncü məktəb tikiləcəkdir. Bu əraziyə Oğuz-Qəbələ suyu çəkilsin və o, Sizdən yadigar qalsın. Uşaqlar hər dəfə o sərin, soyuq sudan istifadə etsinlər. Bu, çox yaxşı olardı. Bundan başqa, bizim qəsəbədə "Qır gölü" deyilən sahə vardır.  "Qır gölü" sahəsində ötən əsrin 30-40-cı illərində flora-fauna, numizmatika xarakterli arxeoloji qazıntılar aparılmışdır. Orada bir açıq muzey yaradılması barədə göstərişiniz olsaydı, bu da bizim qəsəbəmiz üçün çox əhəmiyyətli iş olardı.

Prezident İlham ƏLİYEV: Yaxşı, bu məsələləri biz nəzərə alacağıq. Parkların salınmasına mən həmişə böyük həvəslə yanaşıram. Bakının mərkəzindəki bütün parklar, demək olar ki, yenidən qurulub. Yeni parklar da salınır. Çalışırıq ki, şəhərimizi maksimum dərəcədə yaşıllaşdıraq. Çünki bu yaşıllıq ekologiya, sağlam həyat deməkdir. Əgər belə təklif varsa, əlbəttə ki, məmnuniyyətlə buna baxacağıq.

Keçən dəfə mən Binəqədi rayonunda olarkən Biləcəri parkı ilə  tanış oldum. Biz bu parkın yenidən qurulmasını da indi icra edəcəyik. O da 50-60 il əvvəl salınmışdır.

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala ABUTALIBOV:

1954-cü ildə. 

Prezident İlham ƏLİYEV: Dəmiryolçular parkını yenidən quracağıq. Burada da park salınmasına mən müsbət baxıram. O ki qaldı su xətlərinə, 2013-cü ilin sonuna qədər şəhərimizin su problemi birdəfəlik öz həllini tapmalıdır. Bu, bizim üçün  ən böyük problemdir. Əfsuslar olsun ki, bu problem bizi həmişə incidib. Bu da təbiidir, çünki Abşeron yarımadasında su ehtiyatları azdır, demək olar ki, yoxdur. Bura gələn xətlər, vaxtilə çəkilmiş xətlərin bir hissəsi köhnəlib, bir hissəsində təmizləyici qurğular sıradan çıxıb. Ona görə bu, böyük vəsait və zaman tələb edən məsələdir. Ancaq məsələ elə qoyulub ki, nəinki Bakı və ətraf qəsəbələrin, bütün rayonlarımızın içməli su ilə təminatı və kanalizasiya problemi 100 faiz həll edilməlidir. Ona görə bu məsələlər proqramda da vardır, əlavə vəsait də ayrılıbdır. Bu ilin dövlət büdcəsinə də düzəlişlər edilmişdir və ilk növbədə, su layihələrinin həll olunmasına vəsait ayrılmışdır. Oğuz-Qəbələ su xətti də yeni mənbənin, necə deyərlər, aşkarlanması nəticəsində reallaşıb. Layihənin üstünlüyü ondadır ki, bu mənbə Azərbaycanın daxilində mövcuddur. Oğuz-Qəbələ xəttinin üstünlüyü ondadır ki, bu, artıq Azərbaycan ərazisində formalaşır və orada çox böyük mənbə vardır, ehtiyat böyükdür. Əminəm ki, biz bu məsələni həll edəcəyik. Qarşıya vəzifə qoyulub. Bir halda ki, qarşıya vəzifə qoyulub, o icra edilməlidir. Mən bir daha demək istəyirəm ki, proqramlarımızın hamısı konkret məna daşıyır. 

SAKİN: Biz Binəqədi rayonuna gəlişinizdən çox şadıq. Bu gün Azərbaycan vətəndaşlarının hər birinin ürəyində Sizə qarşı məhəbbət, alqış, dua vardır. Bu gəlişigözəl sözlər deyildir, möhtərəm Prezident! Çünki görülən işlər gözümüzün qabağındadır. Bütün vətəndaşlar Bakının gündən-günə gözəlləşən şəhər olduğunu və hətta dünyanın ən möhtəşəm ölkələrinin paytaxtları ilə ayaqlaşdığını görür, hiss edir və bundan qürur duyur. Bu qürur hissini bizə yaşadan Sizsiniz, əziz Prezidentimiz!

Mən təhsil işçisiyəm. Bizim Binəqədi qəsəbəsində üç orta ümumtəhsil məktəbi vardır və burada altı mindən çox şagird təhsil alır. Hazırda bu məktəblərin hər biri Sizin göstərişinizlə yenidən təmir olunub, şagirdlərin istifadəsinə verilib. Təkcə 182 nömrəli məktəbdə, möhtərəm Prezident, beş ildir hovuz fəaliyyət göstərir. Uşaqlarımız asudə vaxtlarında ondan istifadə edirlər. Gözəl idman zallarımız vardır. İnformasiya-kommunikasiya texnologiyaları üzrə yaxşı təhsil almaq üçün informatika otaqları, müasir tələbata cavab verən çoxlu fənn kabinetlərimiz vardır. Bütün bunlar üçün, möhtərəm Prezident, biz Sizə, Mehriban xanıma ürəkdən təşəkkürümüzü bildiririk. Bir xahişimizi də diqqətinizə çatdırmaq istəyirəm. Bu qəsəbənin 40 mindən çox əhalisi vardır, burada uşaq bağçasına ehtiyac çoxdur. Yalnız 75 nəfərlik bir bağça vardır, o da təmirə dayandırılıb, əsaslı təmir olunur. Amma bağça üçün yer vardır.

Prezident İlham ƏLİYEV: Vardır?

SAKİN: İkinci bir bağçanın fəaliyyəti 2006-cı ildən dayandırılıb. Əgər göstəriş versəydiniz, orada 75 nəfərlik gözəl bir bağça yaradılardı. Arzum budur ki, Allah-Taala Sizi möhtərəm Prezident, möhtəşəm, qüdrətli Azərbaycan xalqımız üçün qorusun!

Prezident İlham ƏLİYEV: Sağ olun, çox sağ olun. Minnətdaram və dərhal göstərişlər verirəm ki, bu məsələlərlə bağlı ciddi məşğul olsunlar. Doğrudan da, uşaq bağçalarının tikintisinə böyük ehtiyac vardır. Mənə verilən məlumata görə, bizdə bu bağçalar ehtiyaclarımızı, demək olar ki, haradasa 20 faizdən aşağı səviyyədə təmin edir. Ona görə növbəti illərdə bağçalar həm təmir edilməli, həm də tikilməlidir. Siz indi neçə bağçanı təmir etdirirsiniz?

Hacıbala ABUTALIBOV: 57 bağça əsaslı təmirdədir.

Prezident İlham ƏLİYEV: 57. Amma hələ nə qədər tikilməlidir, bəlkə də ondan iki dəfə çox. Yəni bu, bizim proqramlarımızda vardır və o cümlədən Binəqədi qəsəbəsində, burada bağça da, məktəb də tikilməlidir. Çünki üstünlüyümüz ondadır ki, bizdə əhali ildən-ilə artır. Yəni buna daha da böyük ehtiyac olacaqdır. Mən maraqlandım, bu məktəb 30-cu illərdə tikilmişdir.

Hacıbala ABUTALIBOV: 1936-cı ildə.

Prezident İlham ƏLİYEV: Deyirlər ki, o vaxt orada 300 şagird oxuyub. İndi 2 min 300, 10 ildən sonra o məktəbdə bəlkə də 3 min şagird oxuyacaqdır. İndi Allaha şükür olsun ki, əhalimiz artır, uşaqların sayı çoxalır. Ona görə, bu məsələlərlə məşğul olacağıq və bunu nəzərə alın.

SAKİN: Möhtərəm Prezident, Sizi Binəqədi gəncləri adından salamlayıram. Sizin gənclərə göstərdiyiniz qayğıdan bütün respublika gəncləri kimi, bizim qəsəbənin gəncləri də faydalanmaqdadır. Ulu öndər Heydər Əliyev, - Allah ona rəhmət etsin, - deyirdi ki, gələcək cəmiyyətimizin tərəqqisi bu gün gənclərə göstərilən qayğıdan, indi onlara nəyi və necə öyrətməyimizdən asılıdır. Bu günlərdə gənclərlə bağlı Dövlət Proqramının qəbulu, gənclərin işlə təmin olunması, 2013-cü ildə qəsəbəmizdə Gənclər Evinin tikilməsinin Dövlət Proqramına salınması Sizin bizə olan qayğınızın ifadəsidir. Qayğıya görə, biz Sizə minnətdarıq, cənab Prezident!

İcazə versəydiniz, Sizə bir sevindirici hadisə haqqında məlumat verərdim. İşlədiyim 182 nömrəli məktəbdə 11-ci "A" sinfinə rəhbərlik edirdim. Orada təhsil alan 26 şagirddən 23-ü bu il çox yüksək nəticələrlə tələbə adını qazanmışdır. Bu gözəl nəticəyə görə, biz Sizə minnətdarıq. Çünki Siz bizə qayğı göstərirsiniz, biz də ondan ilhamlanır, səylə çalışırıq. Buna görə Sizə bir daha minnətdarıq. Böyük biliklilər ordusu kimi biz həmişə Sizin yanınızdayıq.  

Prezident İlham ƏLİYEV: Çox sağ ol. Mən də siz müəllimlərə minnətdaram ki, belə gözəl, cəmiyyətimiz üçün dəyərli insanlar yetişdirirsiniz. Gələcək biliklə, savadla bağlıdır. Bizim üstünlüyümüz əlbəttə, ondadır ki, islahatlar, iqtisadi islahatlar aparırıq, enerji sahəsində imkanlarımız vardır. Azərbaycan bir neçə ildən sonra inkişaf etmiş ölkələrin sırasına daxil olacaqdır. Ancaq bu inkişafı dayanıqlı, uzunmüddətli etmək üçün mütləq peşəkar kadrlar lazımdır. Vətənpərvər, Vətənə, millətinə bağlı olan gənc nəsil yetişir. Ancaq bununla bərabər onlar bilikli, savadlı olmalıdırlar. İnkişaf etmiş ölkələrin təcrübəsi göstərir ki, harada biliyə, savada, elmə, təhsilə diqqət göstərilirsə, orada inkişaf vardır. Dünyada ən inkişaf etmiş ölkələr onlardır ki, orada təhsilin səviyyəsi yüksək xətdədir. Neftlə, qazla zəngin olan ölkələr bəzi hallarda çətin vəziyyətdədirlər, bəzi hallarda orada təbəqələşmə gedir, yoxsulluq çoxdur. O ölkələr ki, təhsildə uğur qazanıblar, inkişaf oradadır və bu, gələcəkdə özünü daha da çox büruzə verəcəkdir. Elmi tərəqqi, sadəcə, bir söz deyildir. Bu, doğrudan da inkişaf deməkdir. Bu gün İKT sahəsində görülən işlər ölkələrin gələcəyini müəyyən edəcəkdir. Kim ki, o sahədə bilikli və bacarıqlı olacaqsa, o ölkənin dünyada mövqeyi daha da güclü olacaqdır. Təbii sərvətlər gec-tez tükənir. Bizim üstünlüyümüz ondadır ki, bu, vardır və biz o imkanlardan səmərəli istifadə edirik. Ancaq, eyni zamanda, bu kapitalı "insan kapitalına" investisiya kimi qoyuruq. Burada, əlbəttə ki, müəllimlərin üzərinə bəlkə də ən böyük vəzifə düşür. Mən yeni dərs ili ərəfəsində bu fürsətdən istifadə edərək, bütün Azərbaycan müəllimlərini salamlamaq, onlara cansağlığı, uğurlar arzulamaq istəyirəm. 

 

AzərTAc



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM