13:18 25 Iyul 2021
ONLINE XƏBƏR LENTİ
00:51 25.07.2021

Səmanın fatehi


00:38 25.07.2021

Cüdoda uğursuz start


00:38 25.07.2021

İlk medalçılar


00:36 25.07.2021

Boksçumuz 1/8 finalda


00:35 25.07.2021

Ən çox qəhvə içənlər


00:33 25.07.2021

Ən dadlı qəhvə


Suqovuşanın təbiət mənzərələri FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Prezidenti İlham Əliyev Bakıdakı 189 və 150 nömrəli məktəblərin binalarında əsaslı təmir və yenidənqurma işlərinin gedişi ilə tanış olmuşdur
ANA SƏHİFƏ / SƏFƏRLƏR
01:08 17.08.2011

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 16-da Bakının Səbail rayonundakı 189 və Yasamal rayonundakı 150 nömrəli orta ümumtəhsil məktəblərinin binalarında aparılan əsaslı təmir və yenidənqurma işlərinin gedişi ilə tanış olmuşdur.

Paytaxtın orta ümumtəhsil məktəblərinin binalarında əsaslı təmir və yenidənqurma işləri 2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramında bu il üçün nəzərdə tutulmuş tədbirlər planına uyğun olaraq həyata keçirilir. Proqrama əsasən Bakı şəhərində 111 təhsil obyektinin əsaslı təmirinə başlanılıb. Əsaslı təmir və yenidənqurma işləri ilə yanaşı, dövlət proqramına əsasən ehtiyacı olan mövcud məktəblər üçün əlavə sinif otaqlarının, yeni tədris korpuslarının, idman və akt zallarının, yeməkxana binalarının inşası və lazımi avadanlıqla təchiz edilməsi də nəzərdə tutulur. 

Prezident İlham Əliyev əvvəlcə Səbail rayonundakı Eldar Məmmədov adına 189 nömrəli orta ümumtəhsil məktəbində aparılan yenidənqurma işləri ilə tanış oldu.

Dövlətimizin başçısına məlumat verildi ki, 1200 şagird yeri olan 189 nömrəli məktəbin binası 1934-cü ildə inşa edilib, dörd mərtəbədən ibarətdir. Məktəbin binası 1941-1945-ci illərdə 15/46 nömrəli təxliyə hospitalı kimi fəaliyyət göstərib. Məktəbdə dərslər iki növbədə keçirilir. Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramında məktəb binalarının əsaslı təmiri və yenidən qurulması ilə bağlı tədbirlər planına uyğun olaraq 189 nömrəli təhsil ocağında da əsaslı təmir və yenidənqurma işlərinə başlanılıb. Məktəbin bütün sinif otaqları yüksək standartlara uyğun təmir edilir,  qapı və pəncərələr yeniləri ilə əvəz olunur, döşəmə və tavan ən müasir səviyyədə yenidən qurulur. Əsaslı təmir işlərindən sonra binanın yeni dərs ilində istifadəyə veriləcəyi nəzərdə tutulur.  

Sonra Prezident İlham Əliyev paytaxtın Yasamal rayonundakı Faiq Rzayev adına 150 nömrəli orta məktəbə gəldi. Burada da görülən işlər barədə Prezidentə məlumat verildi. Bildirildi ki, 150 nömrəli orta məktəbin binası hər biri ikimərtəbəli iki korpusdan ibarətdir. Korpuslardan biri 1897-ci ildə, digəri isə 1937-ci ildə inşa edilib. Məktəbdə 650 şagird təhsil alır. Korpuslardan birində 8 sinif otağı tamamilə yararsız vəziyyətə düşdüyündən məktəbdə dərslər iki növbədə tədris olunurdu. Əsaslı bərpa və yenidənqurma işlərinin ən yüksək standartlara uyğun şəkildə həyata keçirildiyi qeyd olundu. Bildirildi ki, yararsız vəziyyətdə olan 8 sinif otağı istifadəyə verildikdən sonra  dərslər yenidən bir növbədə tədris olunacaqdır. Məktəbin korpuslarını birləşdirən keçid tamamilə yararsız vəziyyətdə olduğundan sökülərək yenidən inşa edilir.

Həyata keçirilən əsaslı təmir və yenidənqurma işləri ilə yaxından tanış olan Azərbaycan Prezidenti müvafiq tapşırıqlarını verdi.

AzərTAc



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM