22 Dekabr 2011 02:12
514
Qəbullar
A- A+

Azərbaycan Prezidenti İlham Əliyev Avropa Xalqları Partiyasının prezidenti Uilfrid Martensin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 21-də Avropa Xalqları Partiyasının prezidenti Uilfrid Martensin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.

Dövlət başçısı ölkəmizin Avropa institutları ilə əlaqələrinin sürətlə inkişaf etdiyini vurğuladı. Prezident İlham Əliyev bu ilin sentyabrında Polşada "Şərq Tərəfdaşlığı" Proqramına qoşulan ölkələrin uğurla keçən sammitinin önəmini qeyd etdi. Avropa Komissiyasının sədri Xose Manuel Barrozunun Azərbaycana və özünün Brüsselə səfərini məmnunluqla xatırlayan Prezident İlham Əliyev bütün bu tədbirlərin ölkəmizin Avropa İttifaqı ilə əməkdaşlığı baxımından əhəmiyyətli olduğunu dedi. Dövlət başçısı Uilfrid Martensin ölkəmizə səfərinin Avropa Xalqları Partiyasının Yeni Azərbaycan Partiyası ilə əməkdaşlığının daha da genişləndirilməsi işinə xidmət edəcəyinə əminliyini ifadə etdi.

Avropa Xalqları Partiyasının prezidenti Uilfrid Martens "Avropa: Mən mübarizə aparıram, mən qalib gəlirəm" kitabının Azərbaycan dilinə tərcümə olunmuş nüsxəsini dövlətimizin başçısına təqdim etdi. Uilfrid Martens Yeni Azərbaycan Partiyasında keçirdiyi görüşlər barədə dövlət başçısına məlumat verdi. O, rəhbərlik etdiyi Avropa Xalqları Partiyasının Yeni Azərbaycan Partiyası ilə əməkdaşlığının genişləndirilməsinə maraqlı olduğunu bildirdi.

 

AzərTAc

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video