11 Oktyabr 2011 03:10
356
Qəbullar
A- A+

Azərbaycan Prezidenti İlham Əliyev Avropa Şurası Parlament Assambleyasının sədri Mövlud Çavuşoğlunu qəbul etmişdir

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 10-da Avropa Şurası Parlament Assambleyasının sədri Mövlud Çavuşoğlunu qəbul etmişdir.

Bakı Beynəlxalq Humanitar Forumunun əhəmiyyətini qeyd edən  Avropa Şurası Parlament Assambleyasının sədri Mövlud Çavuşoğlu bu ilin aprelində Bakıda keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun da yüksək səviyyədə təşkil olunduğunu vurğuladı. Mövlud Çavuşoğlu Avropa Şurası Parlament Assambleyasının önəm verdiyi məsələlərlə bağlı tədbirlərin ölkəmizdə uğurla təşkil olunması münasibətilə şəxsən Prezident İlham Əliyevə təbriklərini çatdırdı.

Bakı Beynəlxalq Humanitar Forumunun Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun bir növ davamı olduğunu vurğulayan dövlətimizin başçısı bu cür tədbirlərin ölkəmizdə keçirilməsinin artıq ənənə halı aldığını dedi. Prezident İlham Əliyev dəvəti qəbul edib forumda iştirakına görə Mövlud Çavuşoğluna təşəkkürünü bildirdi.

Görüşdə Azərbaycan ilə Avropa Şurası Parlament Assambleyası arasında əməkdaşlığın uğurlu inkişafından məmnunluq ifadə edildi.

 

AzərTAc

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video