04 Sentyabr 2012 01:09
358
Qəbullar
A- A+

Azərbaycan Prezidenti İlham Əliyev Avropa İttifaqının enerji məsələləri üzrə komissarını qəbul etmişdir

 

Sentyabrın 2-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottingerin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.

Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottinger Avropa Komissiyasının sədri Xose Manuel Barrozunun salamlarını dövlətimizin başçısına çatdırdı.

Avropa İttifaqı Şurasının prezidenti Herman Van Rompuyun ölkəmizə səfərini xatırladan dövlətimizin başçısı Azərbaycan ilə Avropa İttifaqı arasında əlaqələrin müxtəlif səviyyələrdə inkişafından məmnunluğunu ifadə etdi.   

Görüşdə Azərbaycanın Avropa İttifaqı ilə enerji sahəsində əməkdaşlığı, "Cənub" dəhlizi və ölkəmiz ilə Avropa İttifaqı arasında qarşılıqlı faydalı əlaqələrin daha da genişləndirilməsi məsələləri ətrafında fikir mübadiləsi aparıldı. 

Prezident İlham Əliyev Xose Manuel Barrozunun salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Avropa Komissiyasının sədrinə çatdırmağı xahiş etdi.   

 

AzərTAc

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video