03 Aprel 2012 03:04
499
Qəbullar
A- A+

Azərbaycan Prezidenti İlham Əliyev Avronest Parlament Assambleyasının həmsədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 2-də Avronest Parlament Assambleyasının həmsədri Kristian Vigeninin başçılıq etdiyi Avropa Parlamenti Assambleyası Bürosunun nümayəndə heyətini qəbul etmişdir.

Dövlət başçısı Avronest Parlament Assambleyasının böyük nümayəndə heyətinin ölkəmizə səfərindən məmnunluğunu bildirdi. Prezident İlham Əliyev Avronestin Avropadan kənarda ilk  sessiyasının Bakıda keçirilməsini tərəfdaşlığımızın yaxşı göstəricisi kimi dəyərləndirdi. Avronest Parlament Assambleyası ilə ölkəmizin əməkdaşlıq etməkdə maraqlı olduğunu deyən dövlət başçısı nümayəndə heyətinin Azərbaycana səfəri çərçivəsində aparılacaq müzakirələrin əməkdaşlığımızın genişləndirilməsi baxımından səmərəli olacağına əminliyini ifadə etdi.

Avronest Parlament Assambleyasının həmsədri Kristian Vigenin böyük nümayəndə heyəti ilə Azərbaycana səfər etmələrinin  əhəmiyyətini qeyd etdi. O, nümayəndə heyətinin üzvlərini Prezident İlham Əliyevə təqdim etdi.  Kristian Vigenin bildirdi ki, Avronest nümayəndə heyətinin ölkəmizə səfəri təmsil etdiyi qurumun Azərbaycan ilə əməkdaşlığa verdiyi böyük önəmin göstəricisidir.

Görüşdə Avronest Parlament Assambleyasının Azərbaycan ilə Avropa Parlamenti və Avropa İttifaqı arasında əməkdaşlığın daha da genişləndirilməsi işinə öz töhfəsini verəcəyinə əminlik ifadə olundu.

 

AzərTAc

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video