02 Sentyabr 2011 12:09
411
Qəbullar
A- A+

Azərbaycan Prezidenti İlham Əliyev ATƏT-in Bakı ofisinin yeni rəhbəri Koray Tarqayı qəbul etmişdir

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 31-də ATƏT-in Bakı ofisinin yeni təyin olunmuş rəhbəri Koray Tarqayı qəbul etmişdir.

Dövlətimizin başçısı Koray Tarqayı ATƏT-in Bakı ofisinin rəhbəri vəzifəsinə təyin olunması münasibətilə təbrik etdi, ona fəaliyyətində uğurlar arzuladı. Prezident İlham Əliyev ATƏT-in Bakı ofisinin keçmiş rəhbəri Bilge Cankorelin Azərbaycandakı fəaliyyəti dövründə ATƏT-in Bakı ofisi ilə ölkəmizin müvafiq qurumları arasında əlaqələrin  inkişafından məmnunluğunu bildirdi.

ATƏT-in Bakı ofisinin yeni rəhbəri Koray Tarqay təmsil etdiyi təşkilat ilə Azərbaycan arasında əməkdaşlığın daha da inkişaf etdirilməsi işində səylərini əsirgəməyəcəyini vurğuladı.

Görüşdə Azərbaycan ilə ATƏT arasında əməkdaşlığın hazırkı vəziyyətinə və perspektivlərinə dair məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

 

AzərTAc

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video