10 Fevral 2012 01:02
468
Qəbullar
A- A+

Azərbaycan Prezidenti İlham Əliyev Albaniyanın Baş naziri Sali Berişanı qəbul etmişdir

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 9-da Albaniyanın Baş naziri Sali Berişanı qəbul etmişdir.

Baş nazir Sali Berişa ilə müxtəlif beynəlxalq tədbirlərdə görüşlərini məmnunluqla xatırlayan dövlət başçısı onun ölkəmizə ilk səfərinin ikitərəfli münasibətlərimizin genişləndirilməsi baxımından önəmli olduğunu qeyd etdi. Azərbaycan ilə Albaniya arasında əməkdaşlığın bundan sonra da uğurla davam edəcəyinə ümidvar olduğunu bildirən Prezident İlham Əliyev səfər zamanı əlaqələrimizin genişləndirilməsinə dair aparılacaq müzakirələrin, qəbul olunacaq qərarların ölkələrimizin bir-birinə daha da yaxınlaşması baxımından əhəmiyyətini qeyd etdi. 

Albaniyanın Baş naziri Sali Berişa Azərbaycana səfər etməsindən böyük şərəf duyduğunu dedi. Albaniyalılar üçün Azərbaycanın dost ölkə olduğunu vurğulayan Baş nazir bildirdi ki, səfərinin əsas məqsədi ölkələrimiz arasında mövcud olan dostluq münasibətlərini daha da inkişaf etdirməkdir. Əlaqələrimizin möhkəmlənməsində yüksək səviyyəli qarşılıqlı səfərlərin əhəmiyyətini qeyd edən Sali Berişa bu cür səfərlərin gələcəkdə də davam edəcəyinə ümidvar olduğunu bildirdi.

Görüşdən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Albaniyanın Baş naziri Sali Berişa Albaniya İctimai Televiziyasının müxbirinin sualına cavab verdilər.

Prezident İlham ƏLİYEV: Bizim çox yaxşı münasibətlərimiz, möhkəm əlaqələrimiz vardır. Biz cənab Baş nazir ilə müxtəlif  beynəlxalq tədbirlərdə çox tez-tez görüşürük. Lakin biz ilk dəfədir ki, Azərbaycanda görüşdük. Mən cənab Baş naziri bir neçə dəfə səfərə dəvət etmişəm və onu burada görməyimdən şadam.

Bu gün biz bir çox məsələlərə -  siyasi əməkdaşlıq, iqtisadi əlaqələr, enerji sahəsində əməkdaşlığa dair geniş müzakirələr apardıq. Bütün bu məsələlərə dair fikirlərimiz üst-üstə düşür. Şübhəm yoxdur ki, bu səfərdən sonra biz ölkələrimiz arasında əlaqələrin daha sürətli inkişafının şahidi olacağıq və çox gözəl nəticələr əldə edəcəyik.     

Baş nazir Sali BERİŞA: Prezident İlham Əliyevə göstərdiyi qonaqpərvərliyə görə dərin minnətdarlığımı bildirirəm. Səfərimin əsas məqsədi iki ölkə arasında dostluq əlaqələrini və münasibətləri daha da möhkəmləndirməkdir. Mənim üçün, Albaniya xalqı üçün Azərbaycan yaxın dost ölkədir. Mən cənab Prezident İlham Əliyev ilə əvvəllər olduğu kimi, bu dəfə keçirdiyim səmimi görüşdə də eyni mühitin, isti münasibətin və iradənin şahidi oldum. Mən cənab Prezidenti Albaniyaya səfərə dəvət etmişəm və onunla tamamilə razıyam ki, bundan sonra da iki ölkə arasında münasibətlərdə yeni səhifələrin açılması üçün daha da sıx işləyəcəyik. 

*  *  *

Sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və  Albaniyanın Baş naziri Sali Berişa birgə nahar etdilər.

 

AzərTAc

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video