18 Yanvar 2013 03:01
364
Qəbullar
A- A+

Azərbaycan Prezidenti İlham Əliyev ABŞ müdafiə naziri baş müşavirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 17-də ABŞ müdafiə nazirinin baş müşaviri xanım Ketlin Hiksin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.

Azərbaycana ilk səfərindən məmnunluğunu ifadə edən ABŞ müdafiə nazirinin baş müşaviri xanım Ketlin Hiks paytaxtımızın onda dərin təəssürat yaratdığını dedi. Amerikalı qonaq Azərbaycanın Əfqanıstandakı sülhməramlı missiyada iştirakının və bu missiyaya verdiyi töhfənin ölkəsi tərəfindən yüksək qiymətləndirildiyini dedi. Xanım Ketlin Hiks bildirdi ki, ABŞ ölkələrimiz arasında müdafiə sahəsində əlaqələri daha da genişləndirməkdə və strateji əməkdaşlıq səviyyəsinə çatdırmaqda maraqlıdır. O, bu sahədə əməkdaşlığımızın istiqamətlərinin müəyyənləşdirilməsi ilə bağlı qarşılıqlı fikir mübadiləsi aparılmasının önəmini qeyd etdi.

Azərbaycan ilə ABŞ arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə inkişafından məmnunluğunu ifadə edən dövlət başçısı ölkələrimizin müdafiə sahəsində əməkdaşlığının uzun tarixə malik olduğunu və razılıq doğurduğunu vurğuladı. Müdafiə sahəsində əməkdaşlığın ikitərəfli münasibətlərimizin inkişafındakı rolunu qeyd edən Prezident İlham Əliyev bu əməkdaşlığın regional və enerji təhlükəsizliyi, eləcə də sabitliyin möhkəmləndirilməsi baxımından önəmini vurğuladı. Dövlət başçısı Azərbaycan ilə ABŞ arasında ikitərəfli əlaqələrin müxtəlif istiqamətlərdə, o cümlədən müdafiə sahəsində daha da genişləndiriləcəyinə əminliyini ifadə etdi.

 

AzərTAc

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video