19 Yanvar 2012 02:01
484
Qəbullar
A- A+

Azərbaycan Prezidenti İlham Əliyev ABŞ dövlət katibinin köməkçisinin Avropa və Avrasiya məsələləri üzrə müavini Erik Rubini qəbul etmişdir

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 18-də ABŞ  dövlət katibinin köməkçisinin Avropa və Avrasiya məsələləri üzrə müavini  Erik Rubini qəbul etmişdir.

ABŞ  dövlət katibinin köməkçisinin Avropa və Avrasiya məsələləri üzrə müavini  Erik Rubin Azərbaycana səfərindən məmnunluğunu bildirdi. Erik Rubin Amerika Birləşmiş Ştatları Prezidentinin və dövlət katibinin tapşırığı ilə ölkəmizə səfər etdiyini vurğuladı. O,  dövlətimizin başçısını Azərbaycanın BMT Təhlükəsizlik Şurasına üzv seçilməsi və ölkəmizin  "Eurovision" mahnı müsabiqəsinin qalibi olması münasibətilə təbrik etdi. Erik Rubin 2012-ci ildə Azərbaycan ilə ABŞ arasında ikitərəfli münasibətlərin  mövcud baza üzərində daha da genişlənəcəyinə ümidvar olduğunu bildirdi.

Ötən ilin Azərbaycan üçün əhəmiyyətli il olduğunu vurğulayan dövlətimizin başçısı 2011-ci ildə müstəqilliyimizin 20 illiyinin qeyd olunmasının önəmini qeyd etdi.  Prezident İlham Əliyev 2012-ci ildə Azərbaycan ilə ABŞ arasında ikitərəfli formatda münasibətlərin daha da genişləndirilməsi istiqamətində yaxşı nəticələr əldə ediləcəyinə ümidvar olduğunu bildirdi.  Dövlətimizin başçısı ölkələrimiz arasında əlaqələrin inkişafına göstərdikləri diqqətə görə ABŞ-ın Prezidentinə və dövlət katibinə minnətdarlığını ifadə etdi.

Görüşdə 2012-ci ildə Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında əməkdaşlığın müxtəlif sahələrdə genişləndirilməsinə dair məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

 

AzərTAc

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video