12:07 07 May 2021
ONLINE XƏBƏR LENTİ
00:49 07.05.2021

Azərbaycanın xilaskarı


Zəfər qoxulu payızım...
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Premyer Liqasının XXII turunda rekord qeydə alınıb
ANA SƏHİFƏ / İDMAN
12:57 12.04.2021

 

Futbol üzrə Azərbaycan Premyer Liqasının XXII turunun 4 oyunundan üçündə heç-heçə qeydə alınıb.

AZƏRTAC Peşəkar Futbol Liqasına (PFL) istinadla xəbər verir ki, yalnız “Qarabağ” klubu ilə “Sumqayıt” arasındakı matçda qalib müəyyənləşib – 4:1. “Zirə” – “Keşlə” və “Səbail” – “Sabah” oyunlarında hesab açılmayıbsa, “Qəbələ” – “Neftçi” görüşündə 4 qol vurulub – 2:2. Dörd matçda üç heç-heçənin qeydə alınması 8 komandanın mübarizə apardığı son 5 mövsümün rekordunun təkrarıdır. Bu müddətdə 9-cu dəfə belə hadisə yaşanır. Cari mövsümdə isə ikinci dəfə 3 heç-heçəyə təsadüf olunub. İlk belə hal XI turda gerçəkləşmişdi.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM