06 Iyul 2012 02:07
477
PARLAMENT
A- A+

Azərbaycan parlamentinin nümayəndə heyəti Bolqarıstanda bir sıra görüşlər keçirmişdir

 

Azərbaycan-Bolqarıstan parlamentlərarası dostluq qrupunun həmsədri, Milli Məclisin deputatı Siyavuş Novruzovun rəhbərlik etdiyi nümayəndə heyəti iyulun 3-dən 5-dək Bolqarıstanda səfərdə olmuşdur.

AzərTAc xəbər verir ki, nümayəndə heyətinə deputatlar M.Aslanov, R.Əliyev, Milli Məclisin beynəlxalq əlaqələr şöbəsinin baş məsləhətçisi T.Tağıyev daxildir.

Səfər zamanı nümayəndə heyətinin Bolqarıstan Xalq Məclisinin sədri Tsetska Tsaçeva, sədr müavini A.Atanosov, parlamentlərarası dostluq qrupunun həmsədri Rəmzi Osmanla və qrupun üzvləri Stoyan Gözəlov, Atanas Mərcənov, Yordan Bakalov, Kasim Dal, Yanaki Stoyilov, Kirço Dimitrov, Mario Taqarinski, Stefan Dedev, Çetin Kazak, Xasan Ademov, Katya Koleva, Antoniy Kristevlə, hakim "Gerb" partiyasının parlamentdəki qrupunun sədri Krasimir Velçevlə, parlamentin Korrupsiyaya qarşı mübarizə, maraq kəsb edən münaqişələr və parlament etikası komissiyasının sədri Kamen Kostadinovla, əmək və sosial siyasət komissiyasının sədri Draqomir Stoynevlə, xarici siyasət və müdafiə məsələləri komissiyasının sədri, həmçinin Xalq Məclisinin NATO Parlament Assambleyasındakı nümayəndə heyətinin sədri Dobraslav Dimitrovla görüşləri keçirilmişdir.

Görüşlərdə tərəflər Azərbaycan ilə Bolqarıstan arasında dinamik şəkildə inkişaf edən yüksək səviyyəli əlaqələrdən məmnunluqlarını bildirmişlər. Azərbaycan nümayəndə heyətinin üzvləri ölkəmizin tarixi, mədəniyyəti, coğrafi mövqeyi, eləcə də dövlətimizin uğurlu daxili və xarici siyasəti, neft strategiyası, mövcud və nəzərdə tutulan energetika layihələri, həyata keçirilən islahatlar, qeyri-energetika sektorunun inkişafı istiqamətində görülən işlər və sosial sahələr üzrə həyata keçirilən dövlət proqramları və bu istiqamətlərdə dövlət qayğısı, eləcə də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında ətraflı məlumat vermişlər. Bundan başqa, görüşlərdə ölkələrimiz arasında əlaqələrin inkişaf perspektivləri, ticarət dövriyyəsinin artırılması və qarşılıqlı  investisiya qoyulması imkanları, turizmin inkişafı istiqamətində sadələşdirilmiş viza qaydalarının tətbiqi məsələləri, parlament komissiyaları arasında əlaqələrin qurulması və təcrübə mübadilələrinin aparılması imkanları, müzakirə edilmiş, eləcə də regional və beynəlxalq təhlükəsizlik məsələləri ətrafında fikir mübadilələri aparılmışdır.

Görüşlərdən sonra S.Novruzovun başçılıq etdiyi nümayəndə heyəti Azərbaycan ilə Bolqarıstan arasında diplomatik əlaqələrin qurulmasının 20-ci ildönümü münasibətilə Azərbaycan və Bolqarıstan parlamentlərarası dostluq qruplarının və Bolqarıstandakı səfirliyimizin təşkilatçılığı ilə Bolqarıstan Xalq Məclisində keçirilən tədbirdə iştirak etmişlər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video