18:36 24 Oktyabr 2021
ONLINE XƏBƏR LENTİ
00:09 24.10.2021 256 il yaşayan insan
00:07 24.10.2021 Aman qocalıq
00:06 24.10.2021

Ən tez bu orqan qocalır


00:04 24.10.2021 Cavanlığın sirri
Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Ordusuna Yardım Fondu haqqında Əsasnamə
ANA SƏHİFƏ / FƏRMANLAR
03:03 09.12.2020


Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 8 dekabr tarixli Fərmanı ilə təsdiq edilmişdir


1. Ümumi müddəalar

1.1. Bu Əsasnamə Azərbaycan Ordusuna Yardım Fondunun (bundan sonra - Fond) vəsaitinin formalaşdırılması, idarə olunması və həmin vəsaitdən istifadə ilə bağlı münasibətləri tənzimləyir.

1.2. Fondun məqsədi Azərbaycan Ordusunun müasir tələblərə uyğun inkişafını təmin etməkdən, onun maddi-texniki bazasını möhkəmləndirməkdən və hərbi qulluqçuların sosial müdafiəsini daha da gücləndirməkdən ibarətdir.

1.3. Fondun vəsaitinin sərəncamçısı Azərbaycan Respublikasının Müdafiə Nazirliyidir (bundan sonra - Müdafiə Nazirliyi).

2. Fondun maliyyə mənbəyi

2.1. Fondun vəsaiti fiziki və hüquqi şəxslərin könüllü ianələri və qanunla qadağan olunmayan digər mənbələr hesabına formalaşır.

2.2. Fondun vəsaiti Azərbaycan manatı ilə və xarici valyutalarla formalaşdırılır.

3. Fondun vəsaitindən istifadə istiqamətləri

3.1. Fondun vəsaiti aşağıdakı məqsədlər üçün istifadə edilir:

3.1.1. Azərbaycan Ordusunun maddi-texniki bazasının inkişaf etdirilməsi;

3.1.2. hərbi texnika, silah və sursatın alınması;

3.1.3. hərbi təyinatlı məmulatların hazırlanması, sınaqdan keçirilməsi, istehsalı, təmiri və modernləşdirilməsi;

3.1.4. hərbi elmi tədqiqat və təcrübə-konstruktor işlərinin aparılmasının təşkili;

3.1.5. hərbi qulluqçuların sosial və məişət problemlərinin həll edilməsi;

3.1.6. peşəkar hərbi kadrların hazırlanması və onların əlavə təhsili.

3.2. Fondun vəsaitindən bu Əsasnamədə nəzərdə tutulmayan məqsədlər üçün istifadə edilə bilməz.

4. Fondun vəsaitinin toplanması və istifadəsi

4.1. Fondun vəsaitinin toplanması və ondan təyinatı üzrə istifadə edilməsi məqsədilə Azərbaycan Respublikasının Maliyyə Nazirliyi yanında Dövlət Xəzinədarlıq Agentliyinin (bundan sonra - Dövlət Xəzinədarlıq Agentliyi) xüsusi xəzinə hesabı açılır, Dövlət Xəzinədarlıq Agentliyi isə Azərbaycan manatı ilə və xarici valyutalarda kredit təşkilatlarında bank hesabları açır.

4.2. Fondun vəsaitindən bu Əsasnamənin 3-cü hissəsi ilə müəyyən edilmiş xərc istiqamətlərinə uyğun istifadə edilməsi Azərbaycan Respublikası Prezidentinin razılığı əsasında həyata keçirilir.

4.3. Müdafiə Nazirliyinin Fondun vəsaitindən bu Əsasnamənin 3-cü hissəsi ilə müəyyən edilmiş xərc istiqamətlərinə uyğun istifadə edilməsi üzrə təklifi (vəsatəti) razılıq verilmək üçün Azərbaycan Respublikasının Prezidentinə təqdim edilir və həmin təklifə (vəsatətə) razılıq verildiyi təqdirdə Fonddan vəsaitin ayrılması Azərbaycan Respublikası müdafiə nazirinin əmri ilə rəsmiləşdirilir.

4.4. Dövlət Xəzinədarlıq Agentliyi Müdafiə Nazirliyinin bu Əsasnamənin 4.3-cü bəndində nəzərdə tutulmuş əmri və ödənişlər üzrə sifarişləri əsasında maliyyələşməni həyata keçirir.

4.5. Müdafiə Nazirliyi Fondun vəsaiti hesabına satınalmaları "Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq həyata keçirir.

5. Yekun müddəalar

5.1. Dövlət Xəzinədarlıq Agentliyi Fondun vəsaitindən istifadəyə və Fondun hesablarında qalan xərclənməmiş vəsaitə dair hesabatları ayda bir dəfə Müdafiə Nazirliyinə təqdim edir.

5.2. Müdafiə Nazirliyi Fondun vəsaitindən istifadəyə dair yarımillik və illik hesabatları Azərbaycan Respublikasının Prezidentinə təqdim edir.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM