22:40 26 Oktyabr 2021
ONLINE XƏBƏR LENTİ
Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra yeni dövlət quruculuğunda yalnız öz gücünə arxalanmış və qısa müddətdə böyük nailiyyətlər əldə etmişdir
ANA SƏHİFƏ / PARLAMENT
01:05 19.05.2012

 

 

Azərbaycanda səfərdə olan Almaniya Bundestaqının deputatı Frank Haynrix mayın 18-də Milli Məclisdə Azərbaycan-Almaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupun üzvləri ilə görüşmüşdür.

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsi sədrinin müavini, işçi qrupun üzvü Rövşən Rzayev qonağa Azərbaycanda həyata keçirilən hüquqi islahatlar barədə ətraflı məlumat vermişdir. O, Dağlıq Qarabağ problemindən danışmış,  Ermənistanın təcavüzü nəticəsində qaçqın-köçkün düşmüş soydaşlarımızın insan haqlarının pozulduğunu bir daha diqqətə çatdırmışdır. Bildirilmişdir ki, hüquqi, demokratik, dünyəvi dövlət quruculuğu yolunda inamla addımlayan Azərbaycan  Avropaya inteqrasiya edir. Demokratik dəyərlərin bərqərar olması istiqamətində mühüm addımlar atılır. Azərbaycan tolerant dövlətdir, vətəndaş cəmiyyətinin inkişafında maraqlıdır. Milli Məclis ölkənin qanunvericilik bazasını daim zənginləşdirir və yeniləşdirir.

Frank Haynrix Azərbaycana ilk dəfə gəldiyini bildirmiş, gördüyü inkişafı yüksək qiymətləndirmiş, vaxtilə ikiyə bölünmüş alman dövlətinin son 20 ildə keçdiyi yoldan danışmışdır. O demişdir ki, Almaniyadan fərqli olaraq, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra yeni dövlət quruculuğunda yalnız öz gücünə arxalanmış və qısa müddətdə böyük nailiyyətlər əldə etmişdir.

Ölkəsindəki siyasi hadisələrdən, media azadlığından bəhs edən Frank Haynrix demişdir ki, mətbuat bizim demokratiyanın bel sütunudur, lakin hər hansı KİV-lərin mövqeyi yalnız o orqanın mövqeyidir, nə Almaniya dövlətinin, nə də alman xalqının mövqeyi deyildir.

Görüşdə deputatlar Xanlar Fətiyev və Fazil Mustafa fikirlərini bölüşmüşlər.

 

AzərTAc



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM