20:44 23 Oktyabr 2021
ONLINE XƏBƏR LENTİ
01:45 23.10.2021 Azad yurdum
Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan mövqeyini yaxşılaşdırmaqda davam edir

ANA SƏHİFƏ / İQTİSADİYYAT
03:24 24.09.2021

 

Mövzuya keçməzdən öncə onu qeyd edək ki, dünyada 100-ə yaxın beynəlxalq reytinq agentliyi mövcuddur. Onların içərisində ən nüfuzluları “böyük üçlük” sayılan Fitch Ratings, Moody's və Standard & Poor's agentlikləridir.

Bu qurumların reytinq qiymətlərini hesablamaq üsulları bir-birindən fərqlənsə də, ümumi oxşar cəhətlərə malikdirlər. Bir qayda olaraq qiymətləndirmələrdə ən yüksək reytinq - AAA, daha sonra azalan sırada AA, A, VVV və s. gəlir. Ən aşağı kredit reytinqini adətən D hərfi (defolt - dövlətin və ya  şirkətin ödəmə qabiliyyətinin olmamasını göstərir) ilə işarə edirlər. 

Nüfuzlu reytinq agentliklərinin Azərbaycanla bağlı qiymətləndirilmələri bir qayda olaraq stabil müsbət dinamikası ilə diqqət çəkir. Məsələn, bu ilin əvvəlində “Standard & Poor's” agentliyi Azərbaycanın reytinqləri üzrə proqnozunu “mənfi”dən “stabil”ə yüksəltmişdir.

Agentlik onu qeyd etmişdir ki, koronavirus pandemiyasının səbəb olduğu iqtisadi ləngimələrə baxmayaraq, Azərbaycan  “BB” kateqoriyalı ölkələr sırasında ən güclülərdən biridir. 2021-2024-cü illər üçün ÜDM-in təxminən 74 faizi səviyyəsində proqnozlaşdırılan iri likvid dövlət aktivləri bundan sonra Azərbaycanı iqtisadi və maliyyə çalxalanmalarından qoruyacaq.

Bundan başqa, keçən il  Fitch Ratings agentliyi Azərbaycanın Uzunmüddətli xarici valyuta emitenti reytinqini “BB+” səviyyəsində təsdiq etmişdir. Reytinqə əsasən, Azərbaycanın xarici balans hesabatının, həmçinin borclarının az olması ölkənin iqtisadi-maliyyə sistemini gücləndirən amildir.

Bu baxımdan “Moody`s” reytinq agentliyinin Azərbaycanda neft hasilatı ilə bağlı 2021-ci il üçün verdiyi proqnazlar da maraqlı idi. “Moody`s”un ekspertləri 2020-ci ilin iqtisadi tənəzzülündən sonra 2021-ci ildə neft bazarının aktivliyinin bərpa olunacağını düşünürdülər. “Moody's” həmçinin Azərbaycanın maliyyə sektorundakı islahatlarını da müsbət qiymətləndirmişdir.

Bu gün də dünyanın müxtəlif sorğu agentlikləri Azərbaycanın qazandığı uğurları mütəmadi  olaraq reytinq sorğularında qeyd edir, bu barədə hesabatlarını yayırlar.  Son belə hesabat “Qlobal İnnovasiya” indeksində Azərbaycanın mövqeyini 2 pillə yaxşılaşdırması ilə bağlıdır. 132 ölkəni əhatə edən bu məlumat  Kornell Universitetinin (ABŞ), INSEAD Biznes məktəbinin (Fransa) və Ümumdünya Əqli Mülkiyyət Təşkilatının (ÜƏMT) birgə “Qlobal İnnovasiya İndeksi-2021” (Qİİ-2021) nəşrində dərc olunmuşdur. Məlumat üçün bildirək ki, ilk dəfə 2007-ci ildə nəşr olunan hesabat professor Sumitra Dutta tərəfindən yaradılmışdır. Qlobal İnnovasiya İndeksi (Qİİ) ölkələrin innovasiya qabiliyyətinə və uğuruna görə illik reytinq sıralamasıdır. Qİİ hesabatı korporasiyalar və dövlət rəsmiləri tərəfindən ölkələri innovasiya səviyyələrinə görə müqayisə etmək üçün istifadə olunur.

Qİİ-2021 reytinqi innovasiya fəaliyyətinin potensialı, məhsuldarlığı və çərçivə şərtlərini əhatə edən 81 indikator əsasında tərtib olunur. Onun dərc olunmasında əsas məqsəd innovasiya fəaliyyətinin stimullaşdırılması mexanizmlərinin qiymətləndirilməsi imkanlarının yaradılmasıdır.

Builki hesabatda, qeyd etdiyimiz kimi, Azərbaycan reytinqini ötən ilə nisbətən yaxşılaşdıraraq 80-ci yerə yüksəlmişdir. Ölkəmizin bu subindeks üzrə ən yaxşı nəticəsi (36-cı yer) “Daxili bazarın inkişafı” blokunda əldə edilmişdir. Azərbaycan bu blokda “Kredit” istiqamətində 33-cü yeri tutmuş, həmin istiqamətə daxil olan “Kredit almağın asanlığı” göstəricisi üzrə bütün reytinq ölkələri arasında 1-ci yerdə, “Mikromaliyyələşdirmə kreditləri” göstəricisi üzrə isə 13-cü yerdə qərarlaşmışdır. “İnstitutlar” blokunun “Biznes-mühit” istiqaməti üzrə isə Azərbaycan 33-cü, “Biznesin başlanmasının asanlığı” göstəricisi üzrə 9-cu yerdə olmuşdur.

 “İnnovasiya nəticələri” subindeksi üzrə “Yaradıcı fəaliyyətin nəticələri” bloku üzrə Azərbaycan Gürcüstan (74), Belarusiya (93), Tacikistan (107), Qazaxıstan (110), Özbəkistan (113)  və Qırğızıstanı (120) qabaqlayaraq reytinqdə 67-ci yeri tutmuşdur. Bu subindeksdə əsasən əqli mülkiyyət obyektləri ilə müəyyənləşən “Qeyri-maddi aktivlər”in mühüm inteqral göstəricisi diqqəti cəlb edir. Həmin göstərici üzrə Azərbaycan 2020-ci ildəki nəticəni (56-cı yer) 2 pillə yaxşılaşdıraraq 54-cü yerə yüksəlmişdir. Bu inteqral göstəricisində kifayət qədər yüksək yerləri əqli fəaliyyət göstəriciləri təşkil etmişdir. Məsələn, “Sənaye nümunələri və ticarət markaları üzrə” Azərbaycan reytinqdə 18-ci pillədən 11-ci pilləyə  qalxmışdır.

 

Bahadur İMANQULİYEV,

“Azərbaycan”



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM