02:01 16 Iyun 2021
ONLINE XƏBƏR LENTİ
Zəfər qoxulu payızım...
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan millisi Bakıda keçirilən bədii gimnastika üzrə dünya kuboku yarışlarını bir medalla başa vurub
ANA SƏHİFƏ / İDMAN
23:48 09.05.2021

 

Mayın 9-da Bakıda keçirilən bədii gimnastika üzrə dünya kuboku yarışlarına yekun vurulub. Azərbaycan millisi turniri 1 medalla başa vurub.

AZƏRTAC xəbər verir ki, "Tokio-2020" Yay Olimpiya Oyunlarına təsnifat xarakteri daşıyan yarışın sonuncu günündə gimnastlar fərdi proqramda ayrı-ayrı alətlər, qrup hərəkətləri komandaları isə 5 top, 3 halqa və 2 cüt gürzlə final mərhələlərində güclərini sınayıblar.

Fərdi gimnastların halqa ilə yarışında İsrail təmsilçisi Linoy Aşram 27,150 xalla birinci olub. Rusiya idmançısı Lala Kramarenko 26,850 xalla yarışı ikinci, belaruslu Alina Harnasko (26,600 xal) isə üçüncü pillədə başa vurublar.

İtaliya idmançısı Aleksandra Acurcukukuleze dünya kuboku yarışlarında fərqlənib. Belə ki, italiyalı idmançının top ilə çıxışı hakimlər tərəfindən 26,350 xalla qiymətləndirilib və bu da qızıl medal üçün yetərli olub. Eyni - 26,100 xala malik Rusiya təmsilçisi Daria Trubnikova və Boryana Kaleyn (Bolqarıstan) ilk üçlükdə yer alıblar.

İsrail təmsilçisi Linoy Aşram turnirdə ikinci qızıl medalını qazanıb. Fərdi gimnastların gürzlər ilə yarışında İsrail təmsilçisi 27,800 xalla birinci olub. Bolqarıstan idmançısı Boryana Kaleyn 27,400 xalla yarışı ikinci, rusiyalı Lala Kramarenko (27,150 xal) isə üçüncü pillədə başa vurublar.

Azərbaycan təmsilçisi Zöhrə Ağamirova dünya kuboku yarışlarında dördüncü olub. Fərdi gimnastların lent ilə yarışında təmsilçimiz hakimlərdən 21,400 xal alıb. Yarışın qalibi 24,300 xalla bolqarıstanlı Boryana Kaleyn olub. Onun komanda yoldaşı Katrin Taseva 21,500 xalla bürünc medal qazanıb. Belarus təmsilçisi Alina Harnasko 23,450 xalla gümüş medala sahib olub. Azərbaycanın qrup hərəkətləri komandası dünya kuboku yarışlarında bürünc medal qazanıb. Ləman Əlimuradova, Zeynəb Hümmətova, Yelizaveta Luzan, Məryəm Səfərova və Darya Sorokinadan ibarət qrup hərəkətləri komandamızın 5 topla çıxışı 44 xalla qiymətləndirilib. Yarışın qalibi Bolqarıstan komandası olub. Onların aktivində 45,600 xal var. İtaliya gimnastları 44,500 xalla yarışı ikinci pillədə başa vurublar.

Bolqarıstanın qrup hərəkətləri komandası 3 halqa və 2 cüt gürzlə yarışda birinci olub. Bolqarıstanlı gimnastların çıxışı hakimlər tərəfindən 43,150 xalla qiymətləndirilib. İlk üçlüyü İtaliya (41,900 xal) və Belarus (39,850 xal) komandaları qapayıblar. Azərbaycanın qrup hərəkətləri komandası isə 37,600 xalla beşinci olub.

Qeydiyyat siyahısına əsasən, kubok yarışlarında 35 ölkədən 61-i fərdi və 106-sı qrup komandasının (18 qrup) üzvü olmaqla 167 gimnast iştirak edib.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM