17 Sentyabr 2014 10:09
430
Elm və texnika
A- A+

Azərbaycan Milli Elmlər Akademiyası rəyasət heyətinin növbəti iclası keçirilib

Sentyabrın 17-də Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) rəyasət heyətinin növbəti iclası keçirilib.

AzərTAc xəbər verir ki, AMEA-nın prezidenti, akademik Akif Əlizadə iclası açaraq iştirakçıları gündəlikdəki məsələlər barədə məlumat verib.
Akademik A.Əlizadə bildirib ki, Azərbaycanın müasir tarixində mühüm rol oynayan “Əsrin müqaviləsi”nin imzalanmasından 20 il keçir. Bu müqavilə respublikada milli neft strategiyasının əsasını qoyub. Son 10 ildə Prezident İlham Əliyevin neft kapitalının insan kapitalına çevrilməsi istiqamətində apardığı məqsədyönlü siyasət nəticəsində Azərbaycan elminin maddi-texniki bazası xeyli gücləndirilib, infrastrukturu modernləşdirilib. Akademiyanın bir çox müəssisə və institutlarının binalarının əsaslı təmiri, yeni binaların tikilib istifadəyə verilməsi həyata keçirilən uğurlu siyasətin nəticələridir.
Azərbaycanın regionda elm mərkəzinə çevrilməsi üçün hər bir şəraitin olduğunu vurğulayan akademik A.Əlizadə bildirib ki, alimlərimiz Prezidentin bu çağırışını elmi fəaliyyətlərinin strateji hədəfi kimi qəbul edir, bundan sonra da bu istiqamətdə çalışmağa hazırdırlar.
Sonra iclasda AMEA-nın nəzdində “Xızı” Aqroparkının təsis edilməsi haqqında qərar qəbul edilib. Müəssisə “Əngilan” Kənd Təsərrüfatı-İstehsalat Kompleksinin fəaliyyətinin yenidən bərpası məqsədilə təşkil edilir. Xızı rayonunun Əngilan kəndində yerləşən aqropark elmi tədqiqatların potensialından faydalanaraq respublikada kənd təsərrüfatı məhsulları istehsal etmək və onların çeşidini artırmaq istiqamətində fəaliyyət göstərəcək. Burada yeni iş yerləri açılacaq, AMEA-nın işçiləri və əhali ərzaq məhsulları ilə təmin ediləcək. Aqropark akademiyanın aidiyyəti elmi müəssisə və təşkilatları ilə əlaqəli fəaliyyət göstərəcək və onların elmi tədqiqat işləri aparmasına şərait yaradacaq.
İclasda aqroparkın nizamnaməsi təsdiq edilib.
Rəyasət heyətinin növbəti qərarları ilə akademik M.Nağıyev adına Kataliz və Qeyri-Üzvi Kimya İnstitutunun yeni nizamnaməsi və strukturu təsdiqlənib, yeni yaradılmış Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun direktoru vəzifəsinin icrası akademik İradə Hüseynovaya həvalə edilib. Texnika üzrə fəlsəfə doktoru Qəmbər Quliyev Kibernetika Xüsusi Konstruktor Bürosunun direktoru vəzifəsinə təyin edilib.
Sonra Botanika İnstitutunda “Meşə mikologiyası və patologiyası”, Botanika İnstitutu və Mərkəzi Nəbatat Bağında “Biomüxtəliflik və iqlim dəyişkənliyi”, həmçinin Geologiya və Geofizika İnstitutunda “Zəlzələnin məkan-zaman təhlili və təhlükə” adlı müştərək laboratoriyaların yaradılması haqqında qərarlar qəbul edilib.
Tədbirdə AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurasının illik fəaliyyət planı təsdiq olunub. Planda müxtəlif elmi festival, konfrans və seminar, həmçinin treninq və müsabiqələrin təşkili nəzərdə tutulur. Gənc alim və mütəxəssislər üçün adlı mükafatın, Türkdilli Ölkələrin Gənc Alim və Mütəxəssislər Şurasının təsis edilməsi, MDB ölkələrinin elmlər akademiyalarının müvafiq şuraları ilə əlaqələrin qurulması, “Azərbaycanın gənc alimləri” adlı broşürlərin Azərbaycan və ingilis dillərində hazırlanması kimi vacib məsələlər də plana daxildir. Gənc alim və mütəxəssislərin asudə vaxtlarının səmərəli keçirilməsi məqsədilə yay və qış məktəblərinin, müxtəlif idman yarışlarının təşkili də perspektiv məsələlərdəndir.
Daha sonra Əməkdar Elm Xadimi, akademik Məhərrəm Məmmədyarovun 90, tanınmış ədəbiyyatşünas alim, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, akademik Rafael Hüseynovun isə 60 illik yubileyləri ilə əlaqədar müvafiq qərarlar qəbul edilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video