Azərbaycan Konstitusiya Məhkəməsinin sədri Fransanın Strasburq şəhərində keçirilmiş seminarda iştirak etmişdir
Yanvarın 27-də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin dəvətinə əsasən yüksək məhkəmə orqanlarının sədr və hakimlərinin iştirakı ilə Fransanın Strasburq şəhərində keçirilmiş İnsan Hüquqları və Əsas Azadlıqlarının Müdafiəsi haqqında Avropa Konvensiyasının tətbiqi işində milli məhkəmələrin fəallığının artırılmasının təmin edilməsi mövzusunda seminarda iştirak etmişdir.
Konstitusiya Məhkəməsinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, tədbirdə Avropa dövlətlərinin məhkəmələri tərəfindən İnsan Hüquqları və Əsas Azadlıqlarının Müdafiəsi haqqında Avropa Konvensiyası müddəalarının və Avropa Məhkəməsinin praktikasının tətbiqinin vacibliyi ilə əlaqədar müzakirələr və qarşılıqlı məhkəmə əməkdaşlığının təcrübi məsələlərinə dair fikir mübadiləsi aparılmışdır.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamın Xıdırlı kənd tam orta məktəbinin təməlqoyma mərasimi...
25 Aprel
Karlo Marino: COP29 Azərbaycan üçün öz potensialını dünyaya nümayiş etdirmək baxımından gözəl imkand...
25 Aprel
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Konfrans Mərkəzi ilə tanış olublar YENİLƏNİB ...
25 Aprel
Prezident İlham Əliyev və Prezident Sadır Japarov Ağdam Cümə məscidinin bərpadan sonra açılışında iş...
25 Aprel
“Euronews”: Bakı limanı ticarət və logistika sahəsində qlobal lider rolunu daha da möhkəmləndirmək ə...
25 Aprel
Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanışlıq YENİLƏNİB ...
25 Aprel
Penitensiar xidmətin rəisi Türkiyədə beynəlxalq tədbirdə iştirak edib
25 Aprel
Masallıda qida sahəsində işləmək istəyən vətəndaşların müraciətlərinə baxılıb
25 Aprel
Yeni büdcəli monitor təqdim edilib
25 Aprel
“Apple” yeni süni zəka modelini təqdim edib
25 Aprel
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!