11:38 20 Oktyabr 2021
ONLINE XƏBƏR LENTİ
00:50 20.10.2021

QARABAĞIN HAVA QAPISI


00:49 20.10.2021

11 ayda 14 səfər


00:10 20.10.2021

20 oktyabr


00:06 20.10.2021

Dördgünlük iş həftəsi


Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan ilə Ukrayna arasında əlaqələrin hərtərəfli inkişafı üçün möhkəm hüquqi baza vardır
ANA SƏHİFƏ / PARLAMENT
01:04 20.04.2012

 

Azərbaycanda rəsmi səfərdə olan Ukrayna Ali Radasının sədri Vladimir Litvin aprelin 19-da Milli Məclisə gəlmişdir. Parlamentin binası önündə qonağı Milli Məclisin Sədri Oqtay Əsədov və digər rəsmi şəxslər qarşılamışlar.

V.Litvin Milli Məclisin iclas zalına baxmış, deputatlar üçün yaradılmış şəraiti yüksək qiymətləndirmişdir.

Ukrayna Ali Radasının sədri Milli Məclisdəki Heydər Əliyev Xatirə zalı ilə tanış olmuşdur. Ümummilli lider, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin həyat və fəaliyyətini, xarici ölkələrə səfərlərini, keçirdiyi görüşləri əks etdirən fotomateriallar qonaqda dərin təəssürat yaratmışdır.

V.Litvin Xatirə kitabına ürək sözlərini yazmışdır.

Sonra Ukrayna Ali Radasının sədri Vladimir Litvin ilə Milli Məclisin Sədri Oqtay Əsədov arasında təkbətək görüş olmuşdur.

Daha sonra görüş geniş tərkibdə davam etmişdir.

Oqtay Əsədov Azərbaycan ilə Ukrayna arasındakı dostluq əlaqələrinin qədim tarixi kökləri olduğunu vurğulamış, V.Litvinin bu səfərinin münasibətlərimizin inkişafına yeni təkan verəcəyinə əminliyini ifadə etmişdir.

Milli Məclisin Sədri qarşılıqlı səfərlərin və bu cür görüşlərin əməkdaşlığımıza geniş imkanlar açdığını qeyd etmişdir. O.Əsədov demişdir ki, bu gün Azərbaycan ilə Ukrayna  strateji müttəfiqdirlər və əlaqələrimizin belə yüksək səviyyəyə çatmasında dövlətlərimizin başçılarının xüsusi rolu vardır.

Bildirilmişdir ki, bu günə qədər Azərbaycan ilə Ukrayna arasında 120-dən çox dövlətlərarası və hökumətlərarası sənəd imzalanmışdır. Bu sənədlər münasibətlərimizin inkişafı üçün möhkəm hüquqi baza yaratmışdır. Siyasi, mədəni, humanitar sahələrdə olduğu kimi, iqtisadi sahədə də əlaqələrimiz genişlənmiş, ticarət dövriyyəmiz son illərdə 1,5 milyard ABŞ dollarını ötmüşdür.

Dövlətlərimiz arasında əlaqələrin inkişafında parlamentlərin rolu böyükdür. Biz təkcə ikitərəfli müstəvidə deyil, MDB PA, GUAM, ATƏT, Avronest PA və digər beynəlxalq təşkilatlarda da səmərəli əməkdaşlıq edirik.

O.Əsədov demişdir ki, bu gün Ukraynada 500 mindən çox azərbaycanlı yaşayır və onlar bu ölkənin sosial-iqtisadi inkişafında, eləcə də ikitərəfli əlaqələrimizin möhkəmlənməsində mühüm rol oynayırlar.

Azərbaycanın sosial-iqtisadi inkişafı barədə ətraflı məlumat verən Milli Məclisin Sədri Dağlıq Qarabağ münaqişəsindən də danışmış, bu problemin ölkəmizin inkişafına və regionda sülhün tam bərqərar olmasına ciddi maneə yaratdığını qeyd etmişdir. O.Əsədov Ukraynanın bu münaqişənin həllində nümayiş etdirdiyi ədalətli mövqeyinə görə minnətdarlığını bildirmişdir.

Vladimir Litvin demişdir ki, həqiqətən də qarşılıqlı səfərlər münasibətlərimizin hərtərəfli inkişafında mühüm rol oynayır. Biz əlaqələrimizin genişlənməsinə böyük önəm veririk və düşünürük ki, dövlətlərimizin başçıları arasındakı möhkəm dostluq münasibətləri bizə əməkdaşlığımızı daha da inkişaf etdirmək üçün geniş imkanlar açır.

Ukrayna Ali Radasının sədri Azərbaycanın müstəqilliyini bərpa etdikdən sonra sürətlə inkişaf etdiyini vurğulamışdır. O demişdir: "Mən bu gün Fəxri xiyabanda oldum. Azərbaycan xalqının böyük oğluna göstərdiyi hörmət və ehtiramın bir daha şahidi oldum. Mən qətiyyətlə deyə bilərəm ki, öz liderinə, tarixinə hörmət edən xalqın xoşbəxt gələcəyi vardır".

Azərbaycanın 20 il ərzində beynəlxalq aləmdə də çox böyük nüfuz qazandığını vurğulayan V.Litvin demişdir ki, bunun da başlıca səbəbi azərbaycanlıların praqmatik liderinin olması ilə bağlıdır. Bu lider xalqını xoşbəxt gələcəyə aparır.

V.Litvin dövlətlərarası əlaqələrin inkişafında parlamentlərin rolunu xüsusi qeyd etmiş və demişdir ki, qanunverici orqanlardakı dostluq qrupları, eləcə də parlamentlərarası komissiya bu işdə əhəmiyyətli rol oynayırlar.

Qonaq ölkələrimiz arasında iqtisadi əlaqələrin inkişafı üçün regionlar arasında münasibətlərin genişlənməsinin, qanunvericilik bazasının möhkəmləndirilməsinin vacibliyini qeyd etmişdir.

Dağlıq Qarabağ münaqişəsi ilə bağlı fikirlərini söyləyən V.Litvin demişdir ki, Ukrayna bu problemin ədalətli həllinə çalışır. Ukrayna münaqişənin BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələr, beynəlxalq hüququn norma və prinsipləri, dövlətlərin ərazi bütövlüyü çərçivəsində həllinə tərəfdardır.

Sonra görüşdə Azərbaycan ilə Ukrayna arasında əlaqələrin mədəni, humanitar sahələrdə inkişafı, Ukraynada keçiriləcək parlament və yerli seçkilərə hazırlıq və s. məsələlər ətrafında geniş fikir mübadiləsi aparılmışdır.

*    *    *

Görüşdən sonra V.Litvin Milli Məclisdə jurnalistlər qarşısında çıxış etmişdir. Qonaq demişdir ki, ölkələrimiz arasında əlaqələr yüksələn xətlə inkişaf edir. Ukrayna münasibətlərimizin hərtərəfli inkişafında maraqlıdır. Dövlətlərimizin başçılarının dostluq münasibətləri, yüksək səviyyəli dialoqun mövcudluğu buna imkan verir. Səfərimizin əsas məqsədi də bu barədə məsləhətləşmələr aparmaqdır.

Sonda jurnalistlərin sualları cavablandırılmışdır.

 

AzərTAc

Fərman BAĞIROV (foto)



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM