20 Sentyabr 2012 02:09
278
PARLAMENT
A- A+

Azərbaycan ilə Türkiyə arasında əlaqələrin inkişafında deputatlarla yanaşı, yazıçıların, alimlərin də üzərinə mühüm vəzifələr düşür

 

Milli Məclis Sədrinin birinci  müavini Ziyafət Əsgərov "Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu" İctimai Birliyinin (ABAİ İB) dəvəti ilə ölkəmizdə səfərdə olan görkəmli türk yazıçısı və ədəbiyyatşünas alim İskəndər Pala ilə görüşmüşdür.

"Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu" İctimai Birliyindən AzərTAc-a bildirmişlər ki, Ziyafət Əsgərov "Bir millətin iki dövləti"ni təmsil edən elm və sənət adamları arasında əməkdaşlıqdan məmnun olduğunu qeyd etmiş, qardaş ölkələrimiz arasında parlamentlər səviyyəsindəki yüksək səviyyəli münasibətdən söhbət açmışdır.

Ziyafət Əsgərov Milli Məclisin deputatı Qənirə Paşayevanın təşəbbüsü ilə gerçəkləşən bu səfər və görüşün də iki ölkə arasında qardaşlıq əlaqələrinin daha da möhkəmlənməsinə xidmət etdiyini vurğulamışdır.

Milli Məclis Sədrinin birinci müavini Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın ölkəmizə bu günlərdə gerçəkləşmiş səfəri və Azərbaycan Prezidenti İlham Əliyev ilə keçirdiyi görüşün qardaş ölkələrimizin münasibətlərində yeni üfüqlər açdığını bildirmişdir.  

Görüşə və səmimi sözlərə görə Milli Məclis Sədrinin birinci  müavininə minnətdarlığını bildirən İskəndər Pala Azərbaycana səfəri çərçivəsində keçirdiyi görüşlər barədə məlumat verərək bir alim və yazıçı olaraq burada ona göstərilən yüksək qonaqpərvərlikdən və yaradıcılığına verilən qiymətdən çox məmnun qaldığını söyləmişdir. O, qardaş ölkələr arasındakı qarşılıqlı əlaqələrin daha da inkişafında deputatlarla yanaşı, yazıçıların, alimlərin də üzərinə vəzifələr düşdüyünü ifadə etmişdir.   

Görüşün sonunda türkiyəli ədib bir neçə kitabını Ziyafət Əsgərova hədiyyə etmiş və xatirə şəkilləri çəkilmişdir.

Görüşdə ABAİ İB-nin sədri, Milli Məclisin deputatı Qənirə Paşayeva iştirak etmişdir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video