12 Dekabr 2013 01:12
353
PARLAMENT
A- A+

Azərbaycan ilə Səudiyyə Ərəbistanı arasında münasibətlərin daha da inkişaf etdirilməsi üçün böyük potensial vardır

 

Azərbaycan Respublikası Milli Məclisinin Sədri Oqtay Əsədov dekabrın 11-də Səudiyyə Ərəbistanı Krallığının Baş İnvestisiya Qurumunun sədri, Səudiyyə Ərəbistanı-Azərbaycan Hökumətlərarası birgə Komissiyanın həmsədri Əbdüllətif Əhməd Əl-Osmanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşmüşdür.

AzərTAc xəbər verir ki, görüşdə Əbdüllətif Əhməd Əl-Osman xalqlarımızın tarixi əlaqələrinin olduğunu vurğulamış, Azərbaycan ilə Səudiyyə Ərəbistanı arasında qədim köklərə malik münasibətlərin daha da inkişaf etdirilməsinin əhəmiyyətini qeyd etmişdir. O, iki ölkə arasında bütün sahələrdə əməkdaşlığın inkişafı üçün böyük potensialın olduğunu vurğulamışdır.

Bakıda keçirilmiş Azərbaycan Respublikası Hökuməti və Səudiyyə Ərəbistanı Krallığı Hökuməti arasında iqtisadiyyat, ticarət, investisiya, texnika, mədəniyyət, idman və gənclik sahələrində əməkdaşlıq üzrə Müştərək Komissiyasının 3-cü iclasına toxunan qonaq bildirmişdir ki, tədbirin nəticələri ölkələrimizin münasibətlərinin gələcəkdə də uğurla inkişaf etdirilməsinə təkan verəcəkdir.

Milli Məclisin Sədri Oqtay Əsədov qonaqlara ölkəmiz haqqında ətraflı məlumat vermişdir. O bildirmişdir ki, son on ildə Azərbaycana  130 milyard ABŞ dolları həcmində investisiya yatırılmışdır. Azərbaycan qısa müddətdə sürətlə inkişaf edərək investisiya yatırılan ölkədən sərmayə qoyan ölkəyə çevrilmişdir.

Sədr qeyd etmişdir ki, Azərbaycan dünya dövlətləri, o cümlədən Səudiyyə Ərəbistanı ilə bütün sahələrdə əməkdaşlığın inkişafına önəm verir. 

Oqtay Əsədov vurğulamışdır ki, yüksək səviyyəli qarşılıqlı səfərlər, keçirilmiş görüşlər və imzalanmış sənədlər ölkələrimiz arasında siyasi, iqtisadi əlaqələrin inkişafına təkan vermişdir. O, iki ölkə arasında mövcud hüquqi bazanın genişləndirilməsinin əhəmiyyətli olduğunu qeyd etmişdir.

Sədr münasibətlərimizin inkişafında qanunverici orqanların da rolunu vurğulamış, hər iki ölkənin parlamentlərində dostluq qruplarının fəaliyyət göstərdiyini diqqətə çatdırmışdır.

Ölkəmizin ən ağrılı problemi olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunun O.Əsədov bir sıra beynəlxalq təşkilatların münaqişənin həlli ilə bağlı qəbul etdikləri qətnamələrin hələ də işğalçı Ermənistan tərəfindən icra olunmadığını vurğulamışdır.

Görüşdə bir sıra qarşılıqlı maraq doğuran məsələlər ətrafında müzakirələr aparılmışdır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video