02:37 23 Oktyabr 2021
ONLINE XƏBƏR LENTİ
01:45 23.10.2021 Azad yurdum
01:15 23.10.2021 “Korona”, yoxsa qrip?
01:11 23.10.2021 50-Cİ QƏLƏBƏ
00:57 23.10.2021 Söz var ki...
00:41 23.10.2021 2500 yaşlı xalça
00:36 23.10.2021 Bilərzik-smartfon
00:34 23.10.2021 “Windows 11” gəlir
00:32 23.10.2021 Ağıllı qapı zəngləri
00:23 23.10.2021 BİLDİRİŞ
Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan ilə Pakistan arasında turizm əlaqələrinin inkişaf perspektivləri müzakirə olunub
 
ANA SƏHİFƏ / MƏDƏNIYYƏT
18:21 09.09.2021

Sentyabrın 9-da Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev ilə Pakistan İslam Respublikasının Azərbaycandakı səfiri Bilal Haye arasında iki ölkənin turizm əlaqələrinin genişləndirilməsi məsələsi müzakirə olunub.

Dövlət Turizm Agentliyindən AZƏRTAC-a bildirilib ki, görüşdə agentlik sədri Pakistanın Azərbaycan üçün hədəf turizm bazarlarından biri olduğunu, 2018-2019-cu illərdə Pakistandan gələn ziyarətçilərin sayının əvvəlki illərə nisbətən dəfələrlə artdığını, ancaq təəssüf ki, pandemiya səbəbindən artım tempinin dayandığı qeyd edib.

Fuad Nağıyev Vətən müharibəsi dövründə dost ölkə tərəfindən Azərbaycana verilən siyasi dəstəyin əhəmiyyətini vurğulayaraq, bunun ölkələrimiz arasında iqtisadi və turizm əlaqələrinin də inkişafına öz töhfəsini verdiyindən bəhs edib.

İşğaldan azad edilmiş ərazilərdə turizmin inkişafı istiqamətində planlaşdırılan layihələr haqqında da məlumat verən Agentlik sədri yaxın gələcəkdə yeni turizm destinasiyası kimi təqdim olunacaq Qarabağa Pakistandan da turist səfərlərinin həyata keçiriləcəyinə inamını ifadə edib.

Səfir Bilal Haye öz növbəsində ölkələrimiz arasında turizm əlaqələrinin inkişafı və qarşılıqlı səfərlərin artması məqsədilə əməkdaşlıq sazişi layihəsinin önəmini vurğulayıb və yaxın gələcəkdə imzalanması planlaşdırılan sazişin qarşılıqlı səfərlərin artmasında və təşviqində rol oynayacağına əminliyini bildirib.

Görüş zamanı birbaşa aviareyslər, viza məsələləri, postpandemiya dövründə birgə tanıtım və təbliğat layihələrinin həyata keçirilməsi haqqında fikir mübadiləsi aparılıb.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM