21 Aprel 2021 18:41
696
Mədəniyyət
A- A+

Azərbaycan ilə Meksika arasında turizm sektorunda ikitərəfli əlaqələrin genişləndirilməsi müzakirə edilib  

 Meksikanın ölkəmizdəki səfiri Rodriqo Labardini Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyevlə görüşüb.

AZƏRTAC xəbər verir ki, turizm sektorunda ikitərəfli əlaqələrin genişləndirilməsi məqsədilə onların təhlilinə həsr olunmuş görüşdə qlobal pandemiya şəraitində əməkdaşlığın hazırkı durumu və perspektivləri nəzərdən keçirilib. Bu xüsusda, pandemiyanın dünya turizmin inkişafına mənfi təsiri və sektorun yenidən canlanmasının zəruriliyi qeyd olunub.

Fuad Nağıyev agentliyin fəaliyyəti və funksiyalarından söhbət açaraq, son illərdə ölkədə turizm sahəsinin inkişafı üçün həyata keçirilən islahatları qeyd edib və erməni işğalından azad olunmuş ərazilərin təqdim etdiyi imkanlardan danışıb.

Səfir Labardini, öz tərəfindən, dünyanın ən çox ziyarət edilən istiqaməti olan Meksikanın turizm potensialını önə çəkib. Bununla əlaqədar, turizmin müxtəlif növlərinə aid ölkəsinin təqdim etdiyi imkanları sadalayıb: romantik turizm, macəra turizmi, lüks turizm və s. Diplomat qeyd edib ki, pandemiya şəraitinə baxmayaraq, Meksika-Azərbaycan ikitərəfli ticarəti 2020-ci ildə, öncəki ilə münasibətdə, təxminən 4 faizə enmişdir ki, bu da hər iki ölkə arasında ticarətin dayanıqlı artımının və onun potensialının təzahürüdür. Səfir Azərbaycan turizm agentliklərinin Meksikaya səfər etməsi üçün tanıtım səyahətlərinin təşkilinə istinad edib. Həmçinin Meksika turizm agentliklərinin Azərbaycana səfərinin mümkün ola biləcəyini bildirib.

Bununla əlaqədar, Fuad Nağıyev ikitərəfli turizmə təkan verəcək əməkdaşlıq sxemlərinin araşdırılması üçün agentliyin hazır olduğunu bildirib.

Tərəflər pandemiyadan öncəki dövrdə qarşılıqlı turistik səfərlərinin artımını yada salaraq və həmin gedişata əsasən, əlaqələrin gələcəkdə daha da inkişaf edəcəyinə dair ümidlərini ifadə ediblər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video