25 Iyun 2021 19:26
885
Mədəniyyət
A- A+

Azərbaycan ilə Kuba arasında mədəniyyət sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib

 

Azərbaycan Respublikasının mədəniyyət naziri Anar Kərimov iyunun 25-də Kuba Respublikasının ölkəmizdəki səfiri Alfredo Nieves Portuondo ilə görüşüb.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, qonağı salamlayan nazir Anar Kərimov Azərbaycan və Kuba arasında ikitərəfli münasibətlərin müxtəlif sahələr üzrə inkişafından məmnunluğunu ifadə edib. Ölkələrimiz arasında mədəniyyət sahəsində əlaqələrin genişləndirilməsinin əhəmiyyətindən danışan nazir bunun üçün əlverişli imkanların olduğunu söyləyib.

Görüş zamanı iki ölkə arasında mədəniyyətin müxtəlif sahələrində təcrübə mübadiləsinin, tədbirlərin təşkilinin əhəmiyyəti qeyd edilib, ikitərəfli münasibətlərin gələcək inkişaf perspektivləri və əməkdaşlıq imkanları barədə fikir mübadiləsi aparılıb.

Qəbula görə nazirə təşəkkürünü bildirən səfir Alfredo Nieves Portuondo Azərbaycan və Kuba arasında mədəniyyət sahəsində birgə fəaliyyətin səmərəli təşkili məqsədilə bu kimi görüşlərin əhəmiyyətini qeyd edib. Mövcud əməkdaşlığın daha da möhkəmləndirilməsinin vacibliyini diqqətə çatdıran diplomat ölkəsinin bu sahədə əməkdaşlığa hazır olduğunu diqqətə çatdırıb.

Görüş tərəflər arasında qarşılıqlı maraq doğuran məsələlərin müzakirəsi ilə davam edib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video