12 Aprel 2021 19:32
704
SİYASƏT
A- A+

Azərbaycan ilə İtaliya arasında iqtisadi, enerji, humanitar sahələrdə əməkdaşlığın perspektivləri müzakirə olunub

 

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov aprelin 12-də İtaliya Senatının Xarici əlaqələr və emiqrasiya daimi komissiyasının sədri Vito Petroçellinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildiriblər ki, görüşdə nazir Ceyhun Bayramov Azərbaycan ilə İtaliya arasında münasibətlərin yüksək səviyyədə inkişaf etdiyini məmnunluqla qeyd edib. Bu xüsusda nazir dövlətimizin başçısının ötən ilin fevralında İtaliyaya dövlət səfəri, səfər çərçivəsində əldə edilmiş razılaşmaları, o cümlədən “Çoxölçülü Strateji Tərəfdaşlığın gücləndirilməsinə dair Birgə Bəyannamə”nin imzalanmasını vurğulayıb.

Ölkələr arasında iqtisadi, enerji, humanitar sahələrdə əməkdaşlığın inkişafı perspektivlərindən bəhs olunub. Pandemiya ilə bağlı məhdudiyyətlər aradan qaldırıldıqdan sonra əməkdaşlığın daha fəal şəkildə davam etdiriləcəyindən əminlik ifadə olunub.

Nazir İtaliya parlamentarilərinə münaqişədən sonra bölgədə mövcud olan cari vəziyyət, üçtərəfli bəyanatların icrası ilə bağlı məsələlər, o cümlədən işğal amilinin aradan qaldırılması ilə ölkələrimiz arasında beynəlxalq hüququn prinsiplərinə ciddi hörmət əsasında münasibətlərin normallaşdırılması imkanları barədə məlumat verib. Nazir Ceyhun Bayramov üçtərəfli bəyanatların icrasına təhlükə törədən və narahatlıq doğuran məsələləri də qarşı tərəfin diqqətinə çatdırıb, bu xüsusda, Ermənistanın birgə bəyanat imzalandıqdan sonra Azərbaycan ərazisinə terrorçu-diversant qüvvələri göndərdiyini, Azərbaycan hərbçilərini və mülki şəxsi qətlə yetirən bu qrupun üzvlərinin zərərsizləşdirildiyini və hazırda onlarla bağlı cinayət işinin aparıldığını, Ermənistanın tərəfinin əsassız şəkildə bu şəxsləri “hərbi əsirlər” kimi qələmə verərək, onlarla bağlı iddialar irəli sürdüyünü qeyd edib. Nazir, həmçinin azad olunmuş ərazilərin Ermənistan tərəfindən minalandığını və Ermənistanın minaların yerləri ilə bağlı məlumatı hələ də Azərbaycana təqdim etməkdən imtina etdiyini komissiya sədrinin diqqətinə çatdırıb. Bəzi Avropa parlamentarilərinin məsələnin mahiyyətinə varmadan və Azərbaycan tərəfindən təqdim edilən faktlara rəğmən bu mövzuda tamamilə əsassız çağırışlar irəli sürüdüyünü qeyd edən nazir İtaliyanın simasında dost ölkələrin nümayəndələri vasitəsilə beynəlxalq ictimaiyyətin bu məsələdə dürüst şəkildə məlumatlandırılmasının əhəmiyyətini vurğulayıb.

İtaliya Senatının komissiya sədri Vito Petroçelli verilən mühüm məlumatlara görə təşəkkür edib və İtaliya Senatının münaqişə ilə bağlı məsələləri hər zaman diqqət mərkəzində saxladığını bildirib. Münaqişənin başa çatmasının bütün bölgə üçün böyük uğur olduğunu söyləyən sədr bölgədə inteqrasiya üçün imkanların yarandığını da səsləndirib. O, həmçinin ikitərəfli münasibətlərin hərtərəfli inkişafı perspektivlərini qeyd edib.

Sonda nazir Ceyhun Bayramov italiyalı həmkarı Luici di Maioya səmimi salamlarını çatdırıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video