21 Sentyabr 2011 12:09
409
İQTİSADİYYAT
A- A+

Azərbaycan hökuməti ilə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı arasında əlaqələr uğurla inkişaf edir

 

Azərbaycanda səfərdə olan BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) baş direktorunun müavini, qurumun Avropa və Mərkəzi Asiya üzrə regional nümayəndəsi xanım Fernanda Guerrieri sentyabrın 20-də kənd təsərrüfatı naziri İsmət Abasov ilə görüşmüşdür.

AzərTAc xəbər verir ki, görüşdə Azərbaycan ilə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının əlaqələrinin uğurla inkişaf etdiyi vurğulanmış, əməkdaşlığın perspektivləri, FAO-nun gələn ilin aprelində Bakıda keçiriləcək Avropa üzrə 28-ci regional konfransı və kənd təsərrüfatı üzrə Avropa Komissiyasının 37-ci sessiyası ilə bağlı müzakirələr aparılmışdır. Əlaqələrin bundan sonra da uğurla  davam edəcəyinə əminlik ifadə olunmuşdur.

İsmət Abasov bildirmişdir ki, Azərbaycan 16 ildir ki, FAO-nun üzvüdür. Əlaqələrimiz ölkədə aqrar sahənin inkişafına öz töhfəsini verməkdədir. Azərbaycan hökuməti bu əlaqələri daha da genişləndirmək üçün mühüm addımlar atır. FAO-nun gələn il Bakıda keçiriləcək iki tədbiri münasibətlərimizin uğurla inkişafına bariz nümunədir.

Fernanda Guerrieri vurğulamışdır ki, Azərbaycan təbii ehtiyatlarla zəngin ölkədir. Əhalinin 38 faizi kənd təsərrüfatında çalışır. Azərbaycan dövləti daim aqrar sahənin inkişafına diqqət göstərir. FAO bundan sonra da Azərbaycan ilə əməkdaşlığı davam etdirəcəkdir.

Daha sonra gələn ilin aprelində BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının Bakıda keçiriləcək iki tədbiri ilə əlaqədar Azərbaycan hökuməti və FAO-nun üzərlərinə götürdükləri öhdəliklərlə bağlı sənəd imzalanmışdır. Sənədi İsmət Abasov və Fernanda Guerrieri imzalamışlar.

Sonda jurnalistləri maraqlandıran suallar cavablandırılmışdır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video