18:28 02 Avqust 2021
ONLINE XƏBƏR LENTİ
Suqovuşanın təbiət mənzərələri FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının İcraiyyə Komitəsi bəyanat yayıb
ANA SƏHİFƏ / SİYASƏT
08:50 17.06.2021

 

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının İcraiyyə Komitəsi “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi”nin imzalanması ilə əlaqədar bəyanat yayıb.

AZƏRTAC həmin bəyanatın mətnini təqdim edir.

“Azərbaycanla Türkiyə arasında mövcud olan münasibətlər bütün sahələri əhatə etməklə uğurla inkişaf edir və ildən-ilə yeni müstəviyə daxil olur. Bu dostluq və qardaşlıq illərin sınağından çıxaraq bütün dövlətlərə nümunə olacaq səviyyəyə gəlib çatıb. Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün və Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin söylədikləri “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir” və “Bir millət, iki dövlət” ifadələri bu münasibətlərin mahiyyətini və xarakterini ortaya qoymaqla əlaqələrimizin gələcək inkişafını şərtləndirir.

“Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi”nin imzalanması əlaqələrin növbəti mərhələyə daxil olduğunu, yaranmış yeni reallıqlara hesablanaraq strateji xarakter daşıdığını göstərir.

Bəyannamədə nəzərdə tutulan Qafqaz regionunda sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsi, bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpası, eləcə də region dövlətləri arasında münasibətlərin normallaşdırılması və uzunmüddətli sülhün təmin edilməsi istiqamətində birgə səylər hər iki qardaş ölkə ilə yanaşı, digər ölkələrin də sosial-iqtisadi inkişafına təkan verəcək, siyasi əlaqələri möhkəmləndirəcək və daimi edəcək.

Beynəlxalq müstəvidə birgə əməkdaşlığı, siyasi münasibətləri, iqtisadi-ticarət əlaqələrini, həmçinin mədəniyyət, təhsil, idman, gənclər siyasətini əhatə edən bəyannamə strateji xarakter daşımaqla tarixi əhəmiyyətə malikdir.

Müdafiə sahəsində edəcəyimiz əməkdaşlıq və qarşılıqlı hərbi yardım bir daha göstərir ki, biz bundan sonra da hər zaman bir-birimizin təhlükəsizliyinin təmin olunmasında birgə addımlayacağıq.

Azərbaycan həmkarlar ittifaqı olaraq bildiririk ki, Türkiyə ilə Azərbaycanın münasibətlərini müəyyənləşdirən imzalanmış bütün sənədlər, o cümlədən Şuşa Bəyannaməsi dövlətlərimizi biri-birinə daha da yaxınlaşdıracaq, ictimai həyatın bütün sahələrini əhatə edən əlaqələrimizi indikindən də artıq inkişaf etdirəcək, dostluğumuzu və qardaşlığımızı əbədiləşdirəcək”.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM